Nida Təhlil
Həmsədrlərin sərhəd bəyanatı: Minsk qrupunun gündəmi dəyişir - TƏHLİL
Minsk qrupunun həmsədrləri Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı bəyanat yayıb, tərəfləri sakitliyə dəvət edir.
Missiyası Qarabağ münaqişəsinin həlli ilə bağlı olan Minsk qrupunun sərhəd məsələsinə münasibət bildirməsi təəccüblü olduğu qədər də bəllidir: həmsədr ölkələr münaqişə bitsə də, bu institut üzərindən bölgədəki maraqlarını həyata keçirməyə çalışır, sərhəd gərginliyini yeni fürsət olaraq görürlər;
Burada iki əhəmiyyətli məqam var:
Birincisi, sərhəd gərginliyindən sonra Qarabağ məsələsinin arxa plana keçməsi, “fəaliyyət” göstərməkdə israr edən həmsədrlik institutunun da gündəminin dəyişməsidir.
İkincisi, Minsk qrupunun Qarabağdakı reallığı qəbul etməyə məcbur olmasıdır. Rəsmi Bakı Minsk qrupuna artıq ehtiyac olmadığını, fəaliyyət göstərmək istəyirsə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verə biləcəyini bəyan edib. May ayında sərhəddə başlanan gərginlikdən sonra Minsk qrupu fəaliyyətini (iyunun 2-də Vyanada Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdilər və növbəti dəfə bu gün bəyanat verdilər) bu istiqamətə yönləndirir.
Bu, Bakının postmünaqişə strategiyasına uyğundur.
Diqqətçəkən məqamlardan biri də Rusiyanın Minsk qrupundakı həmsədrini dəyişməsidir: İqor Popovu İqor Kovayev əvəzlədi.
Bu əvəzləmə Rusiyanın Minsk qrupuna münasibətinin də dəyişməsi kimi qəbul edilə bilər. Çünki ABŞ və Fransa həmsədrlərini mütəmadi dəyişsə də, Popov 2010-cu ildən bu postda idi və münaqişənin həllindən sonra dəyişdirildi. Moskva münaqişənin bitdiyi və Minsk qrupunun fəaliyyətinin humanitar, ikitərəfli münasibətlərin düzəldilməsi kimi məsələlərlə məhdudlaşdırılması mövqeyini bölüşür. Yeni rusiyalı həmsədrin fəaliyyəti də Minsk qrupunu bu istiqamətdə yönləndirmək ola bilər.
Asif Nərimanlı
-
Hadisə01:41Şəkidə canavar kəndə hücum etdi - Xəsarət alanlar var
-
Yaxın Şərq01:11Bu ölkədə 30 ildən sonra ilk dəfə QAR YAĞDI - VİDEO
-
Sosial00:15Xocavənddə vəzifəli şəxs qəzada öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ünsiyyətinizi diqqətlə qurun
-
Magazin220 Dekabr 23:24Yeni ev alıb ona ərə gedəcəyini ELAN ETDİ - FOTO
-
Magazin120 Dekabr 23:00Şəbnəm Tovuzlu elə rəqs etdi ki... - VİDEO
-
Sosial20 Dekabr 22:48Köhnə və yeni dövrün qarşılaşdığı yer: Bakının unikal qəsəbəsindən REPORTAJ
-
Magazin120 Dekabr 21:48Hüseyn Dəryanın ölümündə həkimləri günahlandırdı
























