Nida Təhlil
"BMT qətnamələrinin icrasını 30 il gözlədik" - Partiya sədri
"Azərbaycan hər zaman BMT-nin qəbul etdiyi sənədlərə hörmətlə yanaşıb. Hüququn aliliyi, humanist dəyərlər və dünyanın ciddi təhlükələr qarşısında birləşmək, mübarizə aparmaq istiqamətində Azərbaycan öz siyasətini formalaşdırıb. Çox təssüf ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bəzi hallarda böyük ölkələrin maraqlarına uyğun olarkən cəmi bir neçə saat ərzində təmin olunub. Buna baxmayaraq, Azərbaycan öz ərazilərinin işğaldan azad edilməsi, erməni qoşunlarının dərhal, qeyd-şərtsiz çıxarılması ilə bağlı olan qətnamələrinin icrasını 30 il gözlədi. Ölkəmiz ATƏT-in yaratdığı Minsk qurpunun beynəlxalq siyasi turizmə çevrilməyinin şahidi oldu".
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, deputat Asim Mollazadə deyib.
Millət vəkili bildirib ki, Azərbaycan 44 günlük müharibədə BMT-nin qətnamələrini təkbaşına yerinə yetirdi:
"Həmin beynəlxalq təşkilatların missiyalarını özü icra etdi. Çox təssüf ki, beynəlxalq müstəvidə, platformalarda biz ikili standartlarla üzləşirik. Gücün və hüququn aliliyinə hörmət edilmədiyinin şahidi oluruq. Prezidentin bu istiqamətdə səsləndirdiyi fikirlər çox vaxt dünyada haqq-ədalətin olmamasınına işarədir. Biz bununla öz tariximizdə rastlaşdıq. Təsadüfi deyil ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edərkən BMT-nin Baş Assambleyasının toplanması təklifini irəli sürdü. Bütün dünya güclərini BMT səviyyəsində pandemiya ilə mübarizəyə çağırdı".
Deputatın fikrincə, bəzi hallarda zəngin ölkələr onlara lazım olduğundan da artıq vaksin əldə etməyə çalışırlar:
"İmkanları olmayan ölkələr isə pandemiya ilə mübarizədə tək qalırdılar. Azərbaycan öz əlini Afrika, Asiya ölkələrinə uzatdı. Çox vaxt müşahidə edirik ki, təməl sənədlərdə əks olunanlarla real siyasət arasında çox ciddi ziddiyyətlər var. Azərbaycan beynəlxalq arenada ona görə hörmət qazanıb ki, biz hər zaman dünya dövlətlərini real dəyərlərin icrasına çağırmışıq. Prezidentin BMT-nin yeni əlaqələndirincisi ilə görüşdə səsləndirdiyi fikirlərdən bu qənaətə gəlmək olar ki, əslində bütün beynəlxalq təşkilatlar bütün işlərində ciddi islahatlar həyata keçirməlidirlər. Azərbaycanın məhv edilən mədəni irsinə qarşılı ikili siyasət sərgilənib. Biz ikili standartlarla üz-üzə qalmışıq. Gücün və hüuqun aliliyi olmayan təşkilatlar da öz hörmətlərini itirirlər. Azərbaycan hüququn aliliyini bərpa etmək üçün torpaqlarını güc yolu ilə azad etdi. Ərazi bütövlüyünün təmin olunmasını gerçəkləşdirdi. Çünki beynəlxalq təşkilatlar ikili standartlara əsaslanan siyasət yürüdürdülər".
Tural Turan
-
Yaxın Şərq16:55ABŞ və İran sülh razılaşması 24 saat ərzində yekunlaşacaq
-
MDB15:35Putin: "Rusiyaya endirilən heç bir zərbə Ukrayna ordusuna kömək etməyəcək!"
-
Avropa15:10Çin yüzlərlə Rusiya əsgərini Ukrayna döyüşlərinə hazırlayırmış - Aİ faktlar aşkarlayıb
-
Avropa15:01Krakov meri seçilmək üçün Ukrayna bayrağını təhqir etdi - VİDEO
-
Region14:00Ermənistanda kürdlərin yaşadığı 11 kənd işıqsız qaldı
-
İdman13:46DÇ tarixində belə bir şey olmayıb
-
Elm və təhsil12:56Nazir: "Bizə formal doktorantura bitirənlər lazım deyil"
-
İdman10:32İran milli komandasının təlim bazasının yaxınlığında cəsəd tapıldı







































