Nida Təhlil
Media və Yayım Şurası: Medianın inkişafında yeni strategiya
“Media haqqında” Qanuna təklif olunan dəyişiklikdə Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında yeni qurumun yaradılması öz əksini tapır. Media və Yayım Şurası adlanacaq yeni qurumun yaradılması media sahəsində köklü islahatların məntiqi davamıdır. Hələ Vətən müharibəsindən öncə - 2020-ci ildən əvvəl mediada başlayan islahatların əsas məqsədi Azərbaycan mediasının beynəlxalq reallıqlara uyğun inkişafını və informasiya müharibəsində rəqabətədavamlılığını təmin etmək idi. Bu islahatların nəticəsində 44 günlük Vətən müharibəsi zamanı mediamız informasiya savaşında mühüm rol oynadı.
Tarixi Zəfərlə nəticələnən Vətən müharibəsindən sonra Prezident İlham Əliyev media sahəsində islahatların dərinləşməsi təşəbbüsünü irəli sürdü. Bu, regionda yaranmış yeni reallıqlara görə zərurətə çevrilmişdi və o demək idi ki, dövlət medianın inkişafına xüsusi əhəmiyyət verir.
Prezident İlham Əliyevin diqqəti və qayğısı nəticəsində mediamız qısa müddətdə mühüm inkişaf yolu keçib. Həyata keçirilən media islahatlarının “yol xəritəsi” olan “Media haqqında” Qanun keçən dövr ərzində ölkənin informasiya mühitinin sağlamlaşdırılması və qorunması sahəsində öz praktik əhəmiyyətini təsdiqləyibdir. Cəmiyyətin müasir tələbləri və sürətli texnoloji inkişafın standartları ilə səsləşən media islahatları ölkənin informasiya mühitini sağlamlaşdırmağı, media subyektlərinin rəqabətə davamlılığının artırılmasını və müstəqiliyinin möhkəmləndirilməsini hədəfləyərək özündə sistemli yanaşmanı əks etdirir.
Rəqəmsal ekosistemin tələblərinə uyğun olaraq milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurəti yaranıbdır. Qlobal konvergensiya nəticəsində çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsi informasiya sisteminin əsas sütunu olan mediaya vahid yanaşmanı şərtləndirir. Hazırda media sahəsindəki islahatlar çərçivəsində yaradılmış Azərbaycan Respublikasının Audiovizual Şurası və Medianın İnkişafı Agentliyinin (MEDİA) fəaliyyəti bir-birini tamamlayan mexanizm üzərində qurulub. Bu iki qurumun əsasında kollegial idarəetmə sisteminə malik Media və Yayım Şurasının yaradılması dövlətin vahid institusional yanaşma strategiyasından irəli gəlir.
Media və Yayım Şurası ilə bağlı vəzifə və öhdəliklərin “Media haqqında” Qanunda öz əksini tapması və qurumun kollegial idarəetmə modelini əsas götürməsi medianın müstəqilliyinə və quruma münasibətdə ictimai etimadın yüksəlməsinə zəmanət verən ən effektiv demokratik mexanizmdir.
Beynəlxalq təcrübə də göstərir ki, media sahəsində tənzimləmə və inkişaf funksiyalarının vahid və ya əlaqələndirilmiş institusional çərçivədə həyata keçirilməsi daha effektiv nəticələr verir (Böyük Britaniyada Ofcom yayımın tənzimlənməsi, rəqəmsal media mühitin nizamlanması və media istifadəçilərinin maraqlarının qorunması funksiyalarını vahid qurum daxilində həyata keçirir. Fransada isə CSA (hazırda ARCOM) audiovizual sektorun tənzimlənməsi ilə yanaşı, rəqəmsal platformalara münasibətdə nizamlamanı da təmin edir). Bu kimi modellər göstərir ki, kollegial idarəetmə prinsiplərinin tətbiqi və vahid yanaşmanın formalaşdırılması media sahəsində səmərəliliyi artırmaqla ictimai etimadı da möhkəmləndirir. İnformasiya siyasətində dövlətin vahid institusional yanaşması öz növbəsində ölkənin informasiya məkanını çirkləndirmə cəhdlərinin, habelə dezinformasiya dalğasının təsirlərinin azaldılması və bu kimi neqativ hallara qarşı mübarizənin daha effektiv və mərkəzləşdirilmiş formada aparılmasına şərait yaradacaqdır.
Qanunda nəzərdə tutulan dəyişikliklər daxili informasiya məkanın təhlükəsizliyini təmin etməyə, milli məhsul istehsalını stimullaşdırmağa, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaqdır. Məqsədi media subyektlərinə və onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatları sistemləşdirimək olan Media Reyestrinə jurnalistlərin daxil edilməsi və müvafiq vəsiqə ilə təmin olunmaları qanuna dəyişikliklərdən sonra ödənişsiz əsasda həyata keçiriləcəkdir.
Publika.az
-
MDB12:12Ukrayna ordusu Brejnevin nəticəsini əsir götürüb - FOTO
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi
-
Nida Xəbər 10:44Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu
-
MDB09:12Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
-
Nəqliyyat08:49Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
























.webp)
.jpg)


.jpg)








