ABŞ-ın gerçəkləşdirdiyi "Demokratiya sammiti" sıradan bir tədbirdir - Zülfüqarov
Bizi izləyin

Nida Təhlil

ABŞ-ın gerçəkləşdirdiyi "Demokratiya sammiti" sıradan bir tədbirdir - Zülfüqarov

"Amerika Birləşmiş Ştatların təşkil etdiyi "Demokratiya sammiti"nə Azərbaycanın, Türkiyənin, Macarıstanın dəvət olunmaması türkdilli dövlətlərin zirvə sammitinə qısqanclıqla yanaşmasından əlavə səbəblər də var. Təbii ki, həmin səbəblər də bəllidir. Azərbaycan və Türkiyənin bir yerdə olması istənilən məsələlərdə ABŞ tərəfindən özümüzə qarşı istifadə olunur".

Bunu Publika.az-a açıqlamasında politoloq Tofiq Zülfüqarov deyib.

Zülfüqarov bildirib ki, bu baxımdan Birləşmiş Ştatların təşkil etdiyi sammitə Azərbaycan və Türkiyənin dəvət olunmamasında yeni bir şey yoxdur: "Bu, məsələnin birinci tərəfidir. İkincisi ondan ibarətdir ki, hazırda liberal ideyalar dünyanın əksər ölkələrində böhran yaşayır. Amerika Birləşmiş Ştatları, daha doğrusu, Co Bayden administrasiyası cəhd edir ki, həmin liberalizm ideologiyasını yenidən gündəmə gətirsin. Çünki Əfqanıstan, Suriya, İraq, Liviya hadisələrindən sonra bu cür ideologiyalar real işlərdən uzaq düşdü. Digər dövlətlərdə də bu ideologiyalar böhran yaşamaqdadır. Hazırda bir çox dövlətlər, dünya ictimaiyyəti nələrin baş verdiyini yaxşı başa düşür. Məhz bu baxımdan, ABŞ-ın gerçəkləşdirdiyi "Demokratiya sammiti" təbliğat xarakteri daşıyan sıradan bir tədbirdir. Ona görə də Azərbaycan və Türkiyənin belə bir sammitə dəvət olunmamasına heç fikir verməyə də dəyməz".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm