Nida Təhlil
Bakı İrəvanın yeganə alternativini əlindən aldı – TƏHLİL
İran, Azərbaycan və Gürcüstan Fars körfəzi-Qara dəniz marşrutu üzərində razılaşdı: beləliklə, Azərbaycan Fars körfəzi (Ərəbistan dənizi və Hind okeanı) ilə Qara dəniz arasındakı daşımalarda əsas tranzit olacaq;
Şimal-Cənub beynəlxalq nəqliyyat layihəsinin Qərb marşrutunun (Qafqaz-Fars körfəzi) genişləndirilmiş (Fars körfəzi-Qara dəniz) forması olan bu layihənin icrası üçün vaxtilə Tehrandan Bakıya təkliflər edilirdi, lakin xüsusilə İranın Türkiyə marşrutuna alternativin yaradılması planı Azərbaycanın tərəddüdlərinə səbəb olurdu. İndi situasiya dəyişib: II Qarabağ müharibəsindən sonra Türkiyənin əsas təşəbbüskarı olduğu 3+3 formatı İranı da öz daxilində görür və Ankaranın özü də Hind okeanına çıxış üçün bu dəhlizdən istifadə edə bilər;
İran bu dəhlizlə Avropa bazarına çıxış imkanını şaxələndirməyi düşünür, hərçənd, razılaşmanın hər üç tərəfi sanksiyaların dəhlizin potensial daşımalarına problem yarada biləcəyi perspektivini də anlayırlar. Bu baxımdan, Tehranın bu dəhliz üzərindən əldə etmək istədiyi iki qazanc var:
Birincisi, müharibədən sonra Cənubi Qafqazda oyundan kənarda qalmayacaq;
İkincisi, “bir kəmər, bir yol” layihəsinin İran üzərindən keçən Cənub dəhlizinin potensialını artırır;
Gürcüstan da anlayır ki, İrana qarşı sanksiyalar dəhliz üzərindən Avropa bazarına çıxışın perspektivini azaldır, lakin Tbilisinin bu layihədə qazancı Şərqə doğru ticarət yollarını genişləndirməkdir.
Razılaşmada əsas qazanan tərəf Azərbaycandır:
- “Bir kəmər, bir yol” layihəsində Cənub dəhlizinin Azərbaycan üzərindən keçən Orta dəhlizinə birləşdirilməsi siyasi və lojistik olaraq həll olunur: Bakı Avrasiyanın nəqliyyat şəbəkələrində payını daha da artıracaq;
- İran Fars körfəzi-Qara dəniz marşrutunu Ermənistan üzərindən keçirməklə Zəngəzur dəhlizinə alternativ yaratma planından imtina etməli oldu: bu, Tehranın 3+3 formatına doğru gəlməsini daha da yaxınlaşdırır;
- Və ən əsası Ermənistanın yeganə alternativi əlindən alındı: İrəvanın iştirak etmək istədiyi bütün regional layihələr Bakının əlindədir;
Asif Nərimanlı
-
Səhiyyə09:41Həkimdən qan azlığına görə dərman atanlara xəbərdarlıq!
-
İdman09:20Arda Turan: "Lvov güclü atəş altında idi və..."
-
Digər09:10Hindistanlılar aldadılaraq Rusiya ordusuna necə cəlb edilirlər?
-
ABŞ08:15ABŞ bu ölkədə antiterror əməliyyatına başladı
-
Nida Xəbər 07:55Azərbaycanda hərbi xidmət müddəti AZALDILACAQ - Ekspert
-
Ekopublika.az06:46Binalarla bağlı yeni qayda: Mənzillərin qiymətinə necə təsir edəcək?
-
ABŞ02:18Epşteyn işi ilə bağlı sənədlər YAYIMLANDI
-
Qoroskop01:40Günün ulduz falı: Maraqlı görüşlər baş tutacaq



























