Nida Təhlil
Sərhəddə hücum əmrini kim verib? - İrəvanın “14 və 19 may” PLANI
Sərhəddə baş verən təxribat əsas diqqəti Rusiyanın üzərinə yönəldir: Avropa İttifaqı missiyasının nəticəsizliyi bir daha ortaya çıxdı; Paşinyanın Moskva səfərindən sonra baş verdi;
Və belə görünür ki, Nikol rusların istəyinin əleyhinə olaraq, Qərb masasından qalxmaq istəmir və Moskva Paşinyanın da bundan əvvəlki təxribatda işarə verdiyi “beşinci kalon” üzərindən toqquşma yaradır.
Hərçənd, iki məqam bu təxribatın Ermənistan hakimiyyətinin plana uyğun törətdiyi versiyasını önə çıxarır:
Birincisi, Nikol bu dəfə “beşinci kalon”u yox, Bakını ittiham etdi;
İkincisi, Vaşinqtonda faktiki anlaşmayan tərəflər İrəvanın marağında olmadığı Brüssel və Moskva görüşünə hazırlaşır;
Ermənistan bu iki görüşü problem olaraq görür, bunu Vaşinqtonda razılaşdırılmayan məqamlarda görmək mümkündür: sərhəd məsələsində İrəvan “29,8 min kvadratkilometr ərazi”ni saxlamaq istəyir; Qarabağ məsələsində separatizmin qalmasına çalışır;
Paşinyan Fransanın əsas moderatoru olacağı Kişinyov görüşündə bu məsələlər üzərindən qazanclı çıxmağa hazırlaşır, lakin bundan öncə keçiriləcək iki görüş planına uyğun gəlmir.
- Brüsseldə liderlər görüşəcək və Qarabağın Azərbaycanın daxili məsələsi olduğuna dair əvvəlki razılaşmalar yenidən aktuallaşacaq;
- Moskvada XİN rəhbərlərinin görüşündə üçtərəfli razılaşmalar müzakirə olunacaq, xüsusilə sərhədin hansı xəritələr üzərindən delimitasiya olunması ön plana çıxa bilər: Paşinyan “8 kəndə qarşılıq erməni kəndləri” iddiasını gündəmə gətirsə də, İrəvanın əsas istəyi “güzgü prinsipi”nin tətbiq edilməsi – orduların sərhəddə əvvəlki xətlərə çəkilməsidir;
Hər iki görüşdə İrəvanı çətinlik gözləyir. Və Bakı Kişinyov masasına əlini gücləndirmiş şəkildə əyləşə bilər.
Ermənistan sərhəd hücumu ilə Brüssel və Moskva danışıqlarının gündəliyini dəyişmək, Fransanın olacağı masaya qədər prosesi pozmağa çalışır və mümkündür ki, təxribatlar davam edəcək.
Asif Nərimanlı
-
Ekopublika.az08:37Bir sıra dövlətlərin mərkəzi bankları qızıl ehtiyatlarını azaltmağa başladılar - Nə baş verəcək?
-
MDB07:15Rusiyada miqrantlarla bağlı sərt qərar
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial15 Aprel 19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?





































