Nida Təhlil
BMT-də ikiüzlü ABŞ - Belə davranış Azərbaycanla münasibətlərə xələl gətirəcək?
“Amerika Birləşmiş Ştatları Cənubi Qafqazın əsas dövləti Azərbaycanla tərəfdaşlığı gücləndirməkdə maraqlıdır. Bu, həm Amerikanın, həm də Azərbaycanın təhlükəsiz maraqlarına cavab verir”.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, ölkələr arasında enerji və təhlükəsizlik sahəsində təmaslar var, əməkdaşlıq mövcuddur:
“Azərbaycan Ukraynaya dəstək verir, bu, Amerikanın da maraqlarına uyğundur. Bundan əlavə, indi Rusiyaya qarşı sanksiyalar var. Avropaya alternativ enerji resursları lazımdır. Məsələn, qaz. Bunu da Azərbaycan təmin edib. Bu da Amerikanın, Avropanın maraqlarına uyğun gəlir".

Politoloq qeyd edib ki, iki ölkə arasında tərəfdaşlıqda İran amili də mühüm rol oynayır:
“Azərbaycanın möhkəmlənməsi və İran qarşısında dayanması Amerikaya da sərf edir. Bu baxımdan əməkdaşlıq davam edir. Azərbaycan üçün Amerika ilə əməkdaşlıq vacibdir. Çünki dünyanın əsas söz sahibi olan dövlətlərindəndir”.
Onun sözlərinə görə, qeyd olunanlara baxmayaraq Amerikada bəzən fərqli səslər də eşidilir:
“Ermənipərəst dairə və mərkəzlər mövcuddur. BMT-dəki Amerika nümayəndəsinin çıxışı bizdə müəyyən qədər məyusluq yaratsa da, mən hesab edirəm ki, bu tərəfdaşlığa zərər vurmayacaq. Çünki bizə təzyiq yoxdur. Həm də, onu da nəzərə alaq ki, BMT də sadəcə çıxışlar oldu. Yəni Azərbaycan əleyhinə heç bir sənəd və ya qətnamə qəbul edilmədi. Biz heç bir zaman Amerika ilə əməkdaşlığı aşağı səviyyəyə endirə bilmərik”.
Nəzrin
-
Ekologiya13:14Bəzi rayonlara yağış yağacaq - HAVA PROQNOZU
-
Nəqliyyat12:20Metro sərnişinlərinin yeni hərəkət sxeminə uyğunlaşması üçün əlavə tədbirlər görülür
-
Sosial11:18Artıq 60 yaşdan yuxarı cütlüklər də boşanır - Azərbaycanda nə baş verir?
-
Hadisə11:10Hövsanda mağazanın tavanı çökdü, xəsarət alan var - VİDEO
-
İdman09:47Klubu ilə yanaşı sevgilisini də dəyişdi - FOTOLAR
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir









.jpg)








.jpg)




















