Nida Təhlil
Araik “ordunu” yığır: Qarabağda və sərhəddə cəbhə açmağa hazırlaşırlar
Araik Arutyunyan dünən qondarma “milis qüvvələri”, bu gün “ordu rəhbərləri” ilə görüşüb. Əsas müzakirə Azərbaycana qarşı hansı addımları atmaq üzərində aparılır.
BMT Təhlükəsizlik Şurasında istədikləri ala bilməyəndən sonra separatçıların “Azərbaycan ermənilərə soyqırımı edir” iddiasını “əsaslandırmaq” məqsədilə təxribat törədəcəyi, qarşıdurma yaratmaq istəyəcəyi gözləniləndir. Qarabağdakı qanunsuz silahlı qruplaşmaların döyüşə hazırlaşdığına dair yayılan məlumatlardan sonra Araikin qondarma “ordusu” ilə müzakirələr aparması bu kontekstdə diqqət çəkir. Buna paralel olaraq, Ermənistan sərhəddə də gərginliyi artıran gedişlər edir.
Baş verənlər ermənilərin planlarına dair ehtimalları da önə çıxarır:
Birincisi, Qarabağda təxribatlar başladığı vaxt sərhəddə də gərginlik yarana, Azərbaycana qarşı iki cəbhə aça bilərlər;
İkincisi, Qarabağdakı qarşıdurmanı “ermənilərə soyqırımı”, sərhəddəkini isə “Ermənistana hücum” olaraq beynəlxalq müstəviyə çıxara, Bakıya qarşı təzyiqin edilməsinə nail olmağa çalışacaqlar: çünki BMT TŞ-də nəticə əldə edə bilməsələr də, Ermənistan və separatçılar məsələni yenidən müzakirəyə çıxara biləcəklərini və istədiklərini alacaqlarını düşünürlər;
Görünən odur ki, silahlar yenidən işə düşəcək. Azərbaycan ordusu separatçıların təxribat törədə biləcəyi atəş nöqtələri və mövqelərini məjv etməklə onları qabaqlaya da bilər.
Asif Nərimanlı
-
Ekologiya13:14Bəzi rayonlara yağış yağacaq - HAVA PROQNOZU
-
Nəqliyyat12:20Metro sərnişinlərinin yeni hərəkət sxeminə uyğunlaşması üçün əlavə tədbirlər görülür
-
Sosial11:18Artıq 60 yaşdan yuxarı cütlüklər də boşanır - Azərbaycanda nə baş verir?
-
Hadisə11:10Hövsanda mağazanın tavanı çökdü, xəsarət alan var - VİDEO
-
İdman09:47Klubu ilə yanaşı sevgilisini də dəyişdi - FOTOLAR
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir









.jpg)








.jpg)




















