Nida Təhlil
Mehriban Əliyeva - mədəniyyətin hamisi, muğamın dayağı
Danılmazdır ki, mədəniyyət və incəsənətin inkişafı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətinin əsas məqsədlərindən biridir. Hörmətli Mehriban xanım ölkəmizin mədəni irsinin qorunması üçün böyük əmək sərf edir. Bunu fəxrlə qeyd etməliyəm ki, Heydər Əliyev Fondu yarandığı gündən etibarən muğamımızın ikinci inkişaf dövrü başladı. 2005-ci ildən keçirilən muğam televiziya müsabiqələri və 2009-cu ildə təməli qoyulan "Muğam aləmi"(və yaxud "Muğam dünyası") beynəlxalq muğam festivalları bunun bariz nümunəsidir. Həmin layihələr həm Azərbaycan muğam sənətinin dünyada tanıdılmasına, həm də neçə-neçə istedadlı gənclərin üzə çıxmasına vasitə olub. Yəni əminliklə söyləyə bilərik ki, Mehriban xanım Azərbaycan mədəniyyətinin, muğamımızın dayağıdır.
Bu fikirləri Publika.az-a xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov bildirib.

"Bildiyiniz kimi, ölkəmizdə bir neçə muğam mərkəzləri fəaliyyət göstərir. O cümlədən, 15 il bundan öncə paytaxtımızda Beynəlxalq Muğam Mərkəzinin açılışı olub. 2023-cü il mayın 2-də isə Ağdam Muğam Mərkəzinin inşasına başlanıldı. Bütün bunlar muğamın təbliği baxımından Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfə kimi nəzərə alınmalıdır", - xalq artisti qeyd edib.

Əməkdar artist Fehruz Səxavət isə saytımıza açıqlamasında Mehriban Əliyevanın sənətkarlara olan qayğısını yüksək dəyərləndirib. O vurğulayıb ki, muğam sənətinin keşiyində duran insanlar hər zaman Mehriban xanım tərəfindən layiqincə qiymətləndirilib. Xanəndə əminliyini ifadə edib ki, Mehriban Əliyevanın mədəniyyət xadimlərinə göstərdiyi xüsusi diqqət onlara yaradıcılıq eşqi bəxş edərək, yeni uğurların əldə edilməsinə səbəb olur.
Muğam ifaçıları sonda daima sağlam canla Azərbaycan xalqına xidmət etməsi diləyilə ölkənin birinci xanımını ad günü münasibətilə təbrik ediblər.
Mehti Kamiloğlu
-
Sosial11:18Artıq 60 yaşdan yuxarı cütlüklər də boşanır - Azərbaycanda nə baş verir?
-
Hadisə11:10Hövsanda mağazanın tavanı çökdü, xəsarət alan var - VİDEO
-
ABŞ10:05Maskın atası: "Zelenski Prezident deyil!"
-
İdman09:47Klubu ilə yanaşı sevgilisini də dəyişdi - FOTOLAR
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir









.jpg)






.jpg)

.jpg)


.jpg)
















