Nida Təhlil
"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrinə görə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası səslərin təxminən yarısını toplayaraq qalib olub. “Güclü Ermənistan” bloku ikinci, Robert Koçaryanın “Ermənistan” bloku isə üçüncü yerdə qərarlaşıb. Seçici fəallığı təxminən 59% olub və 1,4 milyondan çox seçici səs verib.
Publika.az xəbər verir ki, Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkədə Ermənistan seçkiləri ilə bağlı paylaşım edib.
O, Azərbaycan vətəndaşlarını təbrik edərək qeyd edib ki, son beş ildə “dəmir yumruq” Ermənistan cəmiyyətinin təxminən 50%-ni “siyasi şizofreniya”dan, yəni “miyatsum” adlanan hərbi-siyasi ritorikadan xilas edib:
"Azərbaycan vətəndaşlarını "dəmir yumruq"un Ermənistan vətəndaşlarının təxminən 57%-ni beş il ərzində "miatsum" kimi tanınan "siyasi şizofreniya"dan sağaltması münasibətilə təbrik edirəm.... Müalicə prosesi davam etməlidir!!!"
Onun sözlərinə görə, bölgədə stabillik və sülh üçün bu cür transformasiyalar hələ tam yekunlaşmayıb və gələcəkdə də eyni istiqamətdə addımlar atılmalıdır.
Adəm Abbaslı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama













.jpg)






















