Nida Təhlil
Paşinyanın “sabit çoxluq” olmayan qələbəsi – konstitusiyanı dəyişə biləcəkmi?
Ermənistanın hakim partiyası mandat sayına görə hökuməti təkbaşına formalaşdıra bilsə də, konstitusion çoxluğa nail ola bilməyib. Konstitusion çoxluq və ya “sabit çoxluq” üçün səslərin 54 faizini toplamaq lazımdır. Bunu təmin etməyin iki hüquqi yolu var.
Birinci yol: I turda hökuməti formalaşdırmaq mümkün olmasa, II tur ən çox səs toplayan iki partiya arasında keçirilir və sadə səs çoxluğu ilə qalib gələn partiya konstitusion çoxluğu təmin edir;
İkinci yol: I turda qalib partiya, yaxud partiyaların yaratdığı koalisiyalar hökuməti formalaşdıra bilirsə, “sabit çoxluğu” təmin etmək üçün əlavə bonuslar – mandat yerləri alır, lakin partiya, yaxud koalisiya qüvvələri seçicilərin 50 faizindən çoxunu qazandığı halda bu, mümkündür;
Hakim “Vətəndaş müqaviləsi” partiyası hökuməti formalaşdıra biləcək qədər mandat əldə etdiyi üçün II tur keçirilməyəcək, lakin səslərin 50 faizdən azını (49,82 faiz) qazandığı üçün “sabit çoxluğun” təmin edilməsi imkanından yararlana bilmir. Bu, hökumətin təkbaşına qurulmasına, qanunların qəbul edilməsinə maneə olmasa da, bir sıra mühüm məsələlərə dair, məsələn, konstitusiya islahatları ilə bağlı referendumun keçirilməsi kimi, qərarların verilməsində problemə çevrilir.
Bu kontekstdə Paşinyanın komandasının qələbəsi müəyyən itkilər hesabına, xüsusilə parlamentdə “sabit çoxluğun” olmaması baxımından, başa gəldi. Və seçkidən sonra regionun gələcəyinin inşa edilməsi üçün bir nömrəli məsələ olan konstitusiyanın dəyişdirilməsində çətinliklər yarana bilər. Hərçənd, bunun da çıxış yolu var: parlamentdən qərarı çıxmasa, o zaman, “xalqın imzası” ilə referendumun keçirilməsi baş tuta bilər;
İstisna deyil ki, Paşinyan hakimiyyəti cari dövrdə əsas diqqətini hökuməti formalaşdırmağa və referenduma ayıracaq. Buna paralel olaraq, “kulis danışıqları” ilə əks-cəbhədəki deputatları öz yanına çəkmək istiqamətində də işləyəcək. Daha uzaq perspektivdə isə Ermənistan hakimiyyətinin konstitusion çoxluğu əldə etmək naminə növbədənkənar seçkilərə getməsi də ssenarilər arasındadır.
Asif Nərimanlı
-
Hadisə12 Oktyabr 22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Dünya12 Oktyabr 21:3929 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
-
MDB12 Oktyabr 17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region12 Oktyabr 16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 12 Oktyabr 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika12 Oktyabr 15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 12 Oktyabr 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 12 Oktyabr 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO


















.jpg)













