Nida Təhlil
Paşinyanın qələbəsi, dəyişən güc balansı və Rusiya amili - Regionda nələr olacaq?
Seçkidə səs çoxluğu qazanan Paşinyanın partiyasının əsas qələbəsi hökuməti təkbaşına formalaşdıra biləcək mandat sayı əldə etməsidir. Həm daxili qüvvələrin, həm də onları dəstəkləyən xarici oyunçuların planlarında ən həlledici məqam da məhz bu idi. Hakimiyyəti dəyişməyin mümkün olmayacağını anlayan müxalifət – Rusiya Paşinyana hökuməti təkbaşına formalaşdırmağa imkan verməmək, seçkidən sonra siyasi təzyiq rıçaqlarını gücləndirmək istəyirdi. Fərqli nəticə - Paşinyanın hökuməti təkbaşına qurmaq imkanı regionda və Ermənistan daxilində hadisələrin inkişaf istiqamətini müəyyənləşdirir.
Hakimiyyət müxalifətə qarşı hüquqi resurslarını gücləndirəcək. Paşinyan artıq Köçəryan və Samvel Karapetyanın həbs ediləcəyinin anonsunu verib, hər iki şəxslə bağlı məhkəmə prosesinin sürətlənəcəyi, seçicilərə rüşvətin verilməsi, saxtalaşdırılma cəhdləri ilə bağlı ittihamların da irəli sürüləcəyi gözləniləndir.
Seçkidə əsas məqamlardan biri Ermənistanda “ana müxalifət”in Köçəryandan Karapetyana keçməsidir. Bu, hakimiyyətə qarşı əlavə təsir rıçağı olmasa da, “sima” dəyişikliyi müxalifətin cəmiyyətdə etibarını gücləndirmək və siyasi gələcək baxımından irəliyə doğru addım hesab oluna bilər. İndiyə qədər “ana müxalifət”in Köçəryan olması həm cəmiyyətdə Paşinyanın opponentlərinin etibarını zəiflədir, həm də hakimiyyətin anti-təbliğat imkanlarını genişləndirirdi. Vizual dəyişiklik müxalifət cəbhəsi üçün müsbət nəticədir. Karapetyanın Rusiya ilə yanaşı, Qərblə də əlaqələrə malik olması, erməni diasporu və kilsənin də dəstəyini alması onu Köçəryandan daha güclü mövqeyə çıxarır. Bu kontekstdə Rusiyanın seçkidə iki minimal nəticə əldə etidiyini düşünmək olar.
1. “Sima dəyişikliyi” ilə dəstəklədiyi müxalifətə inamı və öz reputasiyasını müəyyən qədər də olsa bərpa edə bilər;
2. Karapetyanla Köçəryanın “parlament ittifaqı”nı formalaşdıra, mövqelərini gücləndirə bilər: ötən parlamentdə Sarkisyanın Köçəryanla anlaşa bilməməsi qüvvələri parçalamışdı;
Bölgədə isə güc balansının Rusiyanın əleyhinə dəyişməsi sürətlənəcək, lakin geosiyasi təsir baxımından, Qərbin – ABŞ və Avropa İttifaqının rolu artsa da, regional müstəvidə Bakı və Ankaranın rolu daha həlledici görünür. Çünki regional oyunçular dəyişsə belə, coğrafi reallıqlar və Paşinyanın bu reallığa əsaslanan siyasəti fonunda Ermənistanın gələcəyi Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması, Türkiyə ilə sərhədlərin açılmasından asılıdır. Hadisələrin bu istiqamətdə inkişafı Ermənistana Rusiyanın güclü təzyiq yaradan iqtisadi təzyiqindən xilas olmaq perspektivi yaradır. Bu perspektivlərin möhkəmlənməsinə qədər zamana ehtiyacı olan Paşinyan hakimiyyəti Rusiya ilə qarşıdurmadan çəkinəcək.
Asif Nərimanlı
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB24 Avqust 16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ






















.jpg)













.jpg)

