Brüssel Orbanı niyə devirmək istəyir? – Macarıstan seçkilərinə müdaxilə
Bizi izləyin

Nida Təhlil

Brüssel Orbanı niyə devirmək istəyir? – Macarıstan seçkilərinə müdaxilə

Brüssel Orbanı niyə devirmək istəyir? – Macarıstan seçkilərinə müdaxilə

Macarıstanda aprelin 12-də keçiriləcək parlament seçkiləri Avropada qəribə vəziyyət yaradıb. Avropa İttifaqının üzvü olan Macarıstan seçki öncəsi kənar qüvvələr tərəfindən yox, məhz öz müttəfiqlərinin müdaxiləsi ilə üzləşir. Rəsmi Brüssel baş nazir Viktor Orbanın seçkidə məğlub olması məqsədilə seçki kampaniyasına açıq şəkildə müdaxilə edir.

Bu müdaxilə müxtəlif istiqamətlərdə aparılır, xüsusilə Viktor Orban haqqında anti-təbliğat kampaniyasında bunu aydın görmək mümkündür.
- 16 ildir macar xalqının dəstəyi ilə ölkəyə rəhbərlik edən Viktor Orban “diktator” kimi təqdim olunur, onun mediaya və seçki prosesinə müdaxilə etdiyinə dair əsassız iddialar tirajlanır;
- Orban haqqında “Putinin adamı” obrazı yaradılır, onun Macarıstana rəhbərlik etməsinin Rusiyanın Avropaya qarşı siyasəti kimi təqdim edirlər;
- Öncədən planlaşdırılmış rəy sorğuları ilə Orbanın reytinqinin aşağı olduğu, seçkidə məğlub olacağı rəyi yaradılır;

Avropa mediasında Macarıstan lideri ilə bağlı yalan məlumatların tirajlanması kütləvi hala çevrilib.

Bununla yanaşı, Macarıstan müxalifətinə dəstək məqsədilə ölkədəki “5-cu kalon” və informasiya resursları səfərbər olunub. Brüssel siyasətçiləri Orbanı devirmək niyyətlərini gizlətmirlər və bunu açıq şəkildə Soros üslubunda – qarayaxma kampaniyasının aparılması, gözdən salınması, seçki prosesinə açıq müdaxilə ilə həyata keçirirlər. Halbuki, Avropa İttifaqı başqa ölkələrdə bu cür hallar yaşananda bunu “hibrid müharibə” adlandırır. Macarıstanda baş nazir Orbana və komandasına qarşı baş verənlər Brüsselin “hibrid müharibə” üsullarından geniş şəkildə istifadə etdiyini sübut edir. Çünki Macarıstanda hakimiyyət dəyişikliyi Avropa İttifaqının arağındadır.

Bu faktı Macarıstana səfər edən ABŞ-ın vitse-prezidenti Ceyms David Vens də dilə gətirib. Vens bildirib ki, Brüsseldəki bürokratlar seçkidə Macarıstan liderinin məğlub olmasına çalışır.

“Brüsseldəki bürokratlar Macarıstan xalqının inkişafını əngəlləməyə çalışır, çünki onlar xalq üçün mübarizə aparan lideri sevmirlər. Bu ölkədə baş verənlər, seçki kampaniyası zamanı baş verənlər isə mənim gördüyüm və ya barəsində oxuduğum ən pis xarici intellektual müdaxilə nümunələrindən biridir”, - Vens bəyan edib.

Brüssel bürokratlatları Viktor Orbanı niyə istəmir?

Birincisi, Vensin Budapeştdə bəyan etdiyi kimi, “xalq üçün mübarizə aparan lideri sevməmələridir”;

Viktor Orban 16 ildir Macarıstana rəhbərlik edir və hər zaman macar xalqının maraqlarının prioritet olduğu siyasət həyata keçirib. Orban macar xalqının maraqlarını Brüsseldəki büroktaların, Soros şəbəkəsinin istəklərinə qurban vermir. Misal üçün o, Avropa İttifaqı üzvü olmayan ölkələrlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməklə öz ölkəsinin maraqlarını təmin edir. Bununla yanaşı, bir sıra məsələlərdə müstəqil xarici siyasət yürüdür. Rusiya-Ukrayna müharibəsində sərgilədiyi mövqe də belə nümunələrdən biridir. Orban Rusiya ilə qarşıdurmanın həm Avropa, həm də Macarıstanın özü üçün ziyanlı olduğu mövqeyindən çıxış edir. Reallıq da bundan ibarətdir. Avropanı Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra Macarıstanda enerji qiymətləri 4 dəfədən çox artır, ölkə iqtisadiyatı 20 milyardan çox ziyan görüb. Orba da haqlı olaraq, milli maraqlarını qorumağa çalışır. Brüsseldə süngü ilə qarşılanması da məhz milli maraqlara uyğun siyasət yürütməsidir.

İkincisi, Orbanın Macarıstanda Soros şəbəkəsini sıradan çıxarmasıdır.

2018-ci ildə Soros şəbəkəsinə qarşı mübarizəyə başlayan Macarıstan lideri ciddi uğurlar əldə edib və bunun nəticəsində Macarıstanın dövlət maraqlarını, eləcə də milli təhlükəsizliyini qoruya bilib. Onun bu siyasəti Brüsseldəki Sorosçuların narazılığına səbəb olur.

Üçüncüsü, Macarıstan Avropada ailə dəyərlərini qoruyan azsaylı ölkələrdəndir.

Viktor Orban Avropanın ultra-liberal siyasətini qəbul etmir, dini və ailə dəyərlərinə böyük önəm verir. Sorosçuların ailə institutunu dağıtmaq məqsədilə həyata keçirdiyi layihələrin qadağan edilməsi də bundan qaynaqlanır.

Dördüncüsü, Macarıstanın türk dünyasına inteqrasiyasıdır.

Viktor Orbanın müstəqil xarici siyasət kursunda türk dünyası ilə münasibətlər xüsusi yer tutur. Macarıstanın Türk Dövlətləri Təşkilatının türkdilli olmayan üzvü olması bunun ən real nümunəsidir. Budapeştin bu siyasəti Brüsseldəki siyasətçiləri narahat edən məqamlardandır.

Macarıstan Avropada Brüsselin, xüsusilə Sorosçuların yanlış siyasətinə qarşı müqavimət nümunəsi, eləcə də alternativ nümunə rolunu oynayır. Çexiya, Slovakiya kimi ölkələrin Macarıstanın izindən getməsi – milli maraqlarını müdafiə etmələri belə nümunələrdəndir. Bundan qorxuya düşən Avropadakı ultea-liberal siyasətçilər Budapeşti cəzalandırmaq və “Macarıstan nümunəsi”ni tamamilə aradan qaldırmaq üçün seçkiyə müdaxilə yolu ilə Viktor Orbanı devirməyə çalışır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm