Nida Xəbər
Türkiyədə Monte Melkonyana abidə qoyuldu – ŞOK FAKTLAR
Türkiyənin Tuncəli bölgəsinin Aşağıdoluca kəndində yerləşən erməni terrorçularının adını əbədiləşdirən abidə qurulub.
Publika.az xəbər verir ki, belə sensassion məqalə ilə Türkiyənin tanınmış araşdırmaçı jurnalisti və yazarı Saygı Öztürk çıxış edib.
Məqalədə qeyd olunur ki, erməni və PKK üzvlərinin qoyduğu abidənin üzərində ötən əsrin 90-cı illərində Qarabağda və Xocalıda azərbaycanlılara qarşı soyqıırmlar törətmiş Monte Melkonyanın adı da var:
“Erməni və PKK üzvləri Türkiyənin nəzarətdən kənar bölgələrində terrorçulara abidə ucaldaraq, Türkiyədə altımızı qazmağa çalışırlar. Həmin abidənin açılış mərasimi bu il aprelin 26-da keçirilib. Mərasimə Fransa və Yunanıstandan da erməni diasporu nümayəndələri qatılıblar. Abidənin üzərində ASALA terror təşkilatı üzvlərindən və radikal erməni millətçilərindən olmuş Armenak Bakırcıyan, Manuel Demir, Nubar Yanıkyan, Kevork Çavuş, Monte Melkonyanın adları da əks olunub. Abidə üzərində bu sözlər də yazılır: “Erməni soyqırımını lənətləyirik, Armenak Bakırcıyanı və Hrant Dinki anırıq. Erməni soyqırımı 100-cu ildönümündə də davam edir”. Göründüyü kimi, ermənilər jurnalist Hrant Dinkin ölümündən özlərinə müdafi kimi istifadə edirlər”.
Jurnalist yazır ki, bütün bu faktları Əli Erdinçin rəhbərlik etdiyi Tələt Paşa Komitəsi ifşa edib: “Bu komitə olmasa, bütün bu hadisələrdən heç kəsin xəbəri olmayacaqdı”.
Vasif Həsənli
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
















.jpg)


















