Nida Xəbər
Mingəçevir və Yevlaxda bəzi qurumlar Dövlət Agentliyinin tabeliyinə verildi
Mingəçevir şəhəri və Yevlax rayonunda dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilib.
APA-nın xəbərinə görə, bu Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan prezidentinin fərmanında öz əksini tapıb.
Fərmana əsasən, nəzərdə tutulmuş pilot layihə başa çatanadək səhiyyə sisteminə daxil olan qurumlar Dövlət Agentliyinin tabeliyində olacaq.
Fərmanda qeyd olunub ki, maliyyələşdirmə, aktivlərin inventarizasiyası, Əmək Məcəlləsinə uyğun olaraq əmək münasibətlərinin tənzimlənməsi, o cümlədən işçilərin işə götürülməsi, əmək müqavilələrinin bağlanması və xitamı, həkimlərin təkrar sertifikasiyası və digər səhiyyə işçilərinin attestasiyası Agentlik tərəfindən həyata keçiriləcək.
-
Nida Xəbər 14:40
Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb
-
Magazin214:05
Məşhur aparıcı tanınmaz halda - VİDEO
-
Sosial13:25
Bakıda ucuz avtomobillər satışa çıxarılır - Siyahı
-
Avropa12:45
Bu ölkə 7 saatlıq iş gününə keçir
-
Cənubi Qafqaz11:25
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi
-
Nida Xəbər 11:10
Bu xanıma yüksək vəzifə verildi - FOTO
-
Nida Xəbər 10:50
Qazaxla sərhəd kəndin sakinləri şoka düşüblər: Paşinyanla görüşdə onlara nə deyiblər?
-
İqtisadi gündəm10:26
Rubl və avro ucuzlaşaraq görün neçəyə oldu