Nida Xəbər
Elçin Mirzəbəyli: “İsa Qəmbərin Rəsulzadənin adını çəkməyə belə mənəvi haqqı yoxdur”
“İsa Qəmbərin və onun Müsavatının nə Məmmədəmin Rəsulzadəyə, nə tarixi Müsavat Partiyasına, nə də Azərbaycan Xalq Cümhuriyyətinə heç bir aidiyyatı yoxdu. Ən azı ona görə ki, Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Milli Şura Azərbaycanın dövlət müstəqilliyini elan etmişdi, İsa Qəmbərin təmsil olunduğu “Milli Şura” isə Azərbaycanın müstəqilliyinə, suverenliyinə qəsd etməyi qarşısına məqsəd qoymuşdu”.
Bu fikirləri BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli bildirib.
İ.Qəmbərin ötən gün M.Ə.Rəsulzadənin abidəsi öünündə etdiyi çıxışa münasibət bildirən E.Mirzəbəyli onu da qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadə parlamentdə etdiyi çıxışlarından birində ölkənin mənafeyi üçün bütün siyasi maraqların bir kənara qoyulmasını deyirdi: “Bu gün firqə ehtirasları, şəxsi qərəzləri və bütün bu kimi Vətən və millət qayəsi qarşısında sofla qalan qərəzlər atılmalı, Vətən qayğısı və millət duyğusu hər şeydən yüksək tutulmalıdır. Fərq göz qabağındadır. Bu səbəbdən də İsa Qəmbərin Rəsulzadənin adını çəkməyə belə mənəvi haqqı yoxdur. Azərbaycanda bütün illər Azərbaycanın inkişafı ilidir və bu illərin heç birində nə İsa Qəmbərə, nə də onun avantürist, antimilli siyasətinin girovuna çevrilmiş Müsavata yer yoxdur”.
E.Mirzəbəyli “5-ci kolon”un yenidən aktivləşməsi ilə bağlı fikirlərə də münasibət bildirib: “Bunun bir neçə səbəbi var. Əsas səbəblərdən biri son günlər Azərbaycana düşmən kəsilən qüvvələrin ölkəmizə qarşı, xüsusilə də Dağlıq Qarabağ problemi müstəvisində həyata keçirməyə çəhd göstərdikləri təxribatlardır. Gah qərbin, gah şimalın, gah cənubun nüfuz müvəkkilliyini etməyə alışmış bu insanlar üçün heç bir dəyər olmadığından özlərini yenidən xarici dairələrə sırımağa çalışırlar. Azərbaycan Prezidentinin ölkənin maraqlarının müdafiəsi istiqamətində atdığı addımlar onları və çeşidli, çoxqütblü sahiblərini qıcıqlandırır”.
sia
-
Hadisə21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi