Nida Xəbər
Səfirlər və beynəlxalq təşkilatların rəhbərləri Cocuq Mərcanlıda - FOTOLAR - (YENİLƏNDİ)
Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cəbrayılrayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri başlayıb.
Nümayəndə heyətini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə dövlət komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov müşayiət edir.
Ə. Həsənov 55 nəfərlik nümayəndə heyətinə kənd haqda məlumat verib.
Baş nazirin müavini deyib ki, Cocuq Mərcanlı 5 ay erməni işğalında qaldığı dövrdə xarabalığa çevrilib. Komitə sədri ermənilərin uzun illər Lələtəpə yüksəkliyindən kəndi atəş altında saxladığını bildirib.
Komitə sədri ölkə prezidentinin fərmanına əsasən, kənddə salınacaq yeni yaşayış massivi üçün nəzərdə tutulan 10 hektar ərazinin 60 faizində minadan təmizlənmə işlər aparıldığını diqqətə çatdırıb.
Ə. Həsənov bu zaman su quyusundan 5 ədəd partlamamış minaatan mərmisinin aşkarlandığını da diqqətə çatdırıb. (apa)
***
Bu gün xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunur.
APA-nın məlumatına görə, səfər Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tapşırıqlara uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilir.
-
Hadisə00:15Bakı metrosunda tüstülənmə - Sərnişinlər düşürüldü
-
İdman5 Dekabr 23:35"DÇ-2026"nın final mərhələsinin püşkü atıldı - Qruplar
-
İKT5 Dekabr 21:39İlon Maska zərbə: "X" 120 milyon avro cərimələndi
-
Dünya5 Dekabr 20:00Dünya tikan üstündədir: "Yadplanetli gəmi" hökumətləri hərəkətə keçirdi
-
MDB5 Dekabr 19:50Peskovun qızı iddialı libasda - FOTOLARI gündəm oldu
-
Səhiyyə5 Dekabr 19:00Bu həkimlər işləyə bilmək üçün rüşvət verib - Siyahı və məbləğ
-
Hadisə5 Dekabr 18:40Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin son durumu açıqlandı
-
Hadisə5 Dekabr 17:26Binəqədidə obyektdə partlayış oldu - VİDEO


















.jpg)



.jpg)











