Minsk Qrupu təmas xəttində toqquşma barədə bəyanat yaydı
Bizi izləyin

Nida Xəbər

Minsk Qrupu təmas xəttində toqquşma barədə bəyanat yaydı

Həmsədrlər tərəfləri güc tətbiq etməmək barədə öhdəliyə əməl etməyə də çağırıb.

ATƏT-in Minsk Qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), İqor Popov (Rusiya) və Stefan Viskonti (Fransa) təmas xəttində baş verən toqquşma ilə bağlı bəyanat yayıb.

APA-nın məlumatına görə, bəyanatda qeyd edilir ki, həmsədrlər Azərbaycan və Ermənistan Müdafiə nazirliklərindən və digər mənbələrdən fevralın 25-də səhər təmas xəttində atəşkəs rejiminin ciddi surətdə pozulduğu və insan tələfatı olduğu barədə məlumat alıblar.

Bəzi cəsədlər neytral zonada qalıb. Həmsədrlər tərəfləri təmas xətti yaxınlığındakı ağır texnikanı əvvəlki mövqelərə çəkməyə və dünən ATƏT-in şəxsi nümayəndəsinin vasitəçiliyi ilə əldə edilən razılaşmaya uyğun olaraq cəsədlərin evakuasiyasının təmin edilməsinə çağırıb. Həmsədrlər tərəfləri güc tətbiq etməmək barədə öhdəliyə əməl etməyə də çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm