Nida Xəbər
Cocuq Mərcanlıda 50 evin tikilməsi üçün nəzərdə tutulan ərazi minalardan təmizləndi
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 50 evin tikilməsi üçün nəzərdə tutulan ərazi minalardan təmizlənərək təhvil verilib.
Bunu özəl olaraq Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyatlar üzrə baş mütəxəssisi Adil Aslanov deyib.
A.Aslanov bildirib ki, həmin ərazilər ANAMA tərəfindən tamamilə təmizlənib, tikinti şirkətləri artıq orada təməl qoyma, ərazilərin, evlərin planlaşdırılması işlərini həyata keçiriblər, tikintiyə başlayıblar.
A.Aslanov vurğulayıb ki, ANAMA artıq ərazilərin növbəti təmizləmə mərhələsinə keçib: “Biz artıq Cocuq Mərcanlıda daha 150 evin tikilməsi nəzərdə tutulan ərazilərdə təmizləmə işlərinə başlamışıq. Həmçinin paralel olaraq kəndin ətrafında əkin sahələrində əməliyyatlar aparırıq”.
-
Nida Xəbər 10:34Əli Əsədov qərar imzaladı
-
Region09:48Pezeşkiandan bu ölkənin hərəkətinə reaksiya: Deməli, Qərbdə hələ də...
-
Dünya08:49ABŞ kəşfiyyatı Xameneinin oğlunu izləyir
-
Yaxın Şərq07:35İran İsraili hədələdi: atom reaktorunu partladarıq...
-
Avto07:15Dubaydan gətirilən avtomobillər bu qədər bahalaşdı
-
Qoroskop01:40Günün ulduz falı: detallara fokuslanmaq vaxtıdır
-
ABŞ00:55ABŞ İranla müharibəyə hər gün sərvət xərcləyir - İnanılmaz rəqəm
-
Dünya00:15Fidan Rubio ilə İranın atdığı raketi müzakirə etdi














.jpg)














.jpg)




