Nida Xəbər
Kəndlərimiz minaatanlardan atəşə tutuldu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da (24 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 124 dəfə pozub.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama





































