Nida Xəbər
"Dövlət qulluğuna qəbulda səmərəliliyin artırılması vacib məsələlərdəndir"
"Dövlət qulluqçularının öz işinə münasibəti, etik davranış qaydalarına əməl etmələri bir tərəfdən dövlət siyasətini təmin edən, digər tərəfdən ölkə vətəndaşlarının dövlət qulluğuna etimadını formalaşdıran məsələdir".
Publika.az-ın xəbərinə görə, bu sözləri Prezident Adminstrasiyasının Dövlət Qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri Yusif Hüseynov Dövlət Qulluğuna dair qanunvericiliyinin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi mövzusunda konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin yaradılması dövlət qulluğuna qəbulda çevik və səmərəli fəaliyyətin formalaşdırıması, qanunvericilik bazasının yaradılmasına təkan verib: “Dövlət qulluğu sahəsində aparılan islahatların mühüm tərkib hissəsi olaraq 2000-ci ildə dövlət qulluğuna qəbulla bağlı qanun qəbul edilib. Bu qanun dövlət qulluğu əməkdaşları arasında münasibətlərin tənzimlənməsi, qulluq və vəzifələrin müəyyən edilməsi, dövlət qulluğu sahəsində kadr siyasətinin formalaşdırılmasına xidmət edib. Ölkəmizdə dövlət qulluğu sistemi, qanunvericilik bazasının təkmilləşdirilməsi daim diqqət mərkəzində olub. Həmçinin dövlət qulluğunda çalışan şəxslərin fəaliyyətində səmərəliliyin artırılması, qulluq funksiyalarının icrası, peşəkar vərdişlərin inkişaf etidirilməsi aktual məsələlərdəndir. Təbii ki, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi də aktual məsələlərdəndir. Dövlət qulluğuna qəbul və bu sahədə fəaliyyətin davam etdirilməsi ilə bağlı qanunda bir sıra dəyişikliklər olunub. Dövlət İmtahan Mərkəzinin fəaliyyəti də bu dəyişikliklərin dövlət orqanları tərəfindən dözgün tətbiqinə təşviq edilməsinə xidmət edir. Dövlət qulluğuna qəbulda səmərəliliyin artırılması vacib məsələlərdəndir. Dövlət orqanları dövlət qulluğuna qəbulu düzgün qiymətləndirilməli, dövlət qulluqçularını həvəsləndirməlidir. Bununla yanaşı dövlət orqanlarında kadr potensialından düzgün istifadə edilməsi, komanda şəklində əməkdaşlığın qurulmasında kadr məsələləri üzrə sturuktur bölmədə səmərəlilik artırılmalıdır. İlk dəfə dövlət qulluğuna qəbul olan şəxslərə bu saəhədə etik davranış qaydaları, maraqlar toqquşması, korrupsiya qarşı mübarizədə təlim kursları, ixtisasartırma ilə bağlı tədbirlərin həyata keçirilməsinə diqqəti artırmaq yaxşı olardı. Dövlət İmtahan Mərkəzi tərəfindən bu sahədə mütəmadi metodiki vəsaitlərin hazırlanıb dövlət orqanlarına təqdimatı çox yaxşı hal olardı”.
Gülxar
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər















.jpg)























