Əcnəbi tələbələr ermənilərin İÇ ÜZÜNÜ AÇDI: "Düşmənə demək lazımdır ki..."
Bizi izləyin

Nida Xəbər

Əcnəbi tələbələr ermənilərin İÇ ÜZÜNÜ AÇDI: "Düşmənə demək lazımdır ki..."

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 20-ə yaxın ölkənin vətəndaşı Şamaxı rayonuna səfər edib. “Azərbaycanlıların soyqırımı: yüz ilin yaddaşında” proqramı çərçivəsində baş tutan səfərdə tələbələr 1918-ci il mart soyqırımının baş verdiyi məkanı, "Cümə məscidi"ni ziyarət edib, soyqırımına həsr olunan sərgini izləyib və tarixi həqiqətlərlə bağlı mühazirə dinləyiblər.

Publika.az səfərdən sonra tələbələrin Azərbaycanın tarixi, qan yaddaşı haqqında fikir və təəssüratlarını öyrənib.

Pakistan vətəndaşı, Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin 2-ci kurs tələbəsi Hüseyn Sabir

“Azərbaycan çox xoşuma gəlir. Pakistanın ən yaxın dostlarından biri də bu ölkədir. 1991-ci ildə Azərbaycanda müharibə olanda ilk dəfə Pakistan köməyə gəlib. Daha sonra Azərbaycanın müstəqilliyini ilk dəfə məhz Pakistan tanıyıb. Bütün Azərbaycanı gəzmişəm, Naxçıvandan başqa. Burada insanlar olduqca mehriban və qonaqpərvərdir. Hər kəs bizə hörmət edir. 1918-ci ildə, daha sonra 1992-ci ilin 26 fevralında ermənilər azərbaycanlılara qarşı dəhşətli qırğınlar törədib. Azərbaycanın dərdi çoxdur. Bir tərəfdən Rusiya, digər tərəfdən Ermənistan Azərbaycan xalqına zülm verib. Azərbaycan isə köməksiz qalıb. Düşmənlər qadınları, uşaqları vəhşiliklə öldürüb. Ancaq inanıram ki, hər şey yaxşı olacaq. Hər il bu hadisələri qeyd edəndə düşünürük ki, niyə axı belə hadisələr baş verir? Uşaqlara, qadınlara görə çox təəssüf hissi keçirirəm. Düşmənə demək lazımdır ki, müharibə istəyirsən, gəl, sərhədə müharibəni et. Camaatı, dinc sakinləri niyə şəhid edirsən? Çünki onların heç bir günahı yoxdur. Azərbaycan düşmənliyə layiq bir ölkə deyil. İnsanları qonaqpərvərdir. Onlar düşmən sevmirlər. Mən burada əcnəbiyəm. Ancaq onlar mənə elə yaxşı münasibət göstərirlər, hörmət edirlər ki, bunu sözlə ifadə etmək çox çətindir. Getdiyim hər yerdə məni qonaq etməyə çalışırlar. Belə bir xalq necə düşmən ola bilər? Allah Ermənistana tezliklə doğru yolu göstərsin”.

Özbəkistan vətəndaşı, Qərbi Kaspi Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin 1-ci kurs tələbəsi Xamro-Begzod Nasirov

“Vaxtilə Azərbaycan, Ermənistan və Rusiyadan olan insanlar Şamaxıda birlikdə yaşayıblar. Lakin Ermənistan öz işğalçı hisslərinə məğlub olaraq 1918-ci ildə özlərinin məskunlaşdığı yerlərdə qırğınlar törədiblər. Daha öncə bu faciələr haqqında məlumatım az idi. Ancaq bu seminara gəlməzdən qabaq Azərbaycan tarixi kitablarından araşdırdım. Mənə ən çox təsir edən Şamaxı soyqırımına səbəb olan Stepan Lalayanın öz məhəlləsində müsəlmanları qətlə yetirməsi oldu. Ümumiyyətlə, ermənilərin Azərbaycan qarşı münasibəti sadəcə terrorizmdir.

Atam tarix elmləri doktoru və yazıçıdır. İllərlə Azərbaycanda işləyib. O, Özbəkistanda Xocalı soyqırımı ilə bağlı sənədli film çəkib. Həmin film Azərbaycanın Özbəkistanda yerləşən İncəsənət Mərkəzində, həmçinin Azərbaycanın Özbəkistandakı səfirliyində təqdim edilib.

Azərbaycan mənim ikinci ana vətənimdir. Biz hamımız türkük. Özbəklər başqalarının yanında azərbaycanlılardan heç zaman yad kimi danışmır. Ölkəmizdə 40 000 azərbaycanlı yaşayır. Belə halda Azərbaycan bizə necə yad ola bilər? Biz hər il “Novruz bayramı”nı birlikdə qeyd edirik. Bir millət kimi qaynayıb qarışmışıq”.

Zimbabve vətəndaşı, Xəzər Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin 3-cü kurs tələbəsi Samanta Tendai Şereni

“Şamaxıya səfər ərzində xeyli tarixi faktlar öyrəndik. Azərbaycanın tarixi və baş vermiş hadisələrlə bağlı kifayət qədər məlumatlıyam. Əfsuslar olsun, elə tarixi həqiqətlər var ki, onlar azərbaycanlılar tərəfindən yazılmayıb. Yazılsaydı, Azərbaycanda baş vermiş o hadisələri daha gerçək, daha yaxından, təfərrüatlı bir şəkildə öyrənmək imkanı əldə edə bilərdik”.

Yunanıstan vətəndaşı, Azərbaycan Dövlət Neft Universitetinin Dünya İqtisadiyyatı fakültəsinin tələbəsi Elina Mourantova

"Mən Cocuq Mərcanlı kəndində də olmuşam və orada da ermənilərin törətdiyi qətliamlar barəsində məlumat almışam. Bu gün isə Şamaxıda daha dəhşətli faktlardan xəbər tutmuş olduq. Həqiqətən də bu dəhşətlidir. Daha öncə bu barədə məlumatlı deyildim".

Çin Xalq Respublikasının vətəndaşı, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi Yuosha Liu

“İlk dəfədir, belə hallarla qarşılaşıram. Soyqırımla bağlı məlumatlar aldım. Çox təəssüf edirəm ki, ermənilər Azərbaycana qarşı belə dəhşətli əməllər törədib. Bakı Dövlət Universitetində keçirilən mühazirələrdə mart soyqırımı, eləcə də Xocalı haqda məlumatlar almışıq. Mənə ən çox təsir edən 3 aylıq, 4 yaşlı körpələrin qətlə yetirilməsi oldu”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm