Nida Xəbər
XİN-dən “Lazarev klubu”na SƏRT REAKSİYA: “Bu, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirir”
Azərbaycan Xarici İşlər Nazirliyi İrəvanda keçirilmiş
Rusiya-Ermənistan “Lazarev klubunun” ilk iclasına münasibət
bildirib.
XİN-dən Publika.az-a daxil olan açıqlamada
bildirilir ki, Ermənistan və Rusiya KİV-ləri bu ilin 30 noyabr – 1
dekabr tarixlərində Yerevanda keçirilmiş Rusiya-Ermənistan “Lazarev
klubunun” birinci iclası barədə məlumatlar yayıb: “Özünü ictimai
diplomatiyanın yeni formatı qismində təqdim edən bu klubun əsas
təşəbbüskarlarından və təşkilatçılarından biri, hazırda Rusiya
Federasiyası Federal Məclisinin Dövlət Dumasının yeddinci
çağırışında MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə
əlaqələr üzrə Komitə sədrinin birinci müavini vəzifəsini tutan
Konstantin Zatulindir. Təşkilatçılar tərəfindən Ermənistan
Respublikasının işğal etdiyi Azərbaycan Respublikasının
ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələrinin iclasa
dəvət olunması, həmçinin iclas zamanı K.Zatulinin özü, eləcə də
Rusiya XİN-in Veteranlar Şurasının keçmiş sədri, fövqəladə və
səlahiyyətli səfir ranqı olan Vladimir Kazimirov, K.Zatulinin
rəhbərlik etdiyi MDB ölkələrinin institutunun direktor müavini
Vladimir Yevseyev və digər şəxslər tərəfindən səsləndirilən və
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı
açıq hücum xarakteri daşıyan fikirlər Azərbaycan və Rusiya arasında
mövcud olan yüksək səviyyəli münasibətlərə xələl gətirmək məqsədi
güdür. Bundan əlavə, K.Zatulinin səsləndirdikləri MDB çərçivəsində
əməkdaşlığın inkişafı maraqlarına qarşı gələrək, onun Dövlət
Dumasının müvafiq komitə rəhbərinin birinci müavini statusuna uyğun
gəlmir. V.Yevseyevin açıqlaması isə tamamilə cəfəngiyyatdır və MDB
çərçivəsində əməkdaşlıq ruhuna zərbədir. Nəhayət, “Lazerev
klubu”nun ümumi tonu Rusiya Federasiyası da daxil olmaqla, ATƏT-in
Minsk Qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsinin
həlli prosesinin irəli aparılması səyləri ilə ziddiyyət təşkil
edir”.
Azərbaycan Respublikası məsələ ilə bağlı narazılığını Rusiya
Federasiyasındakı Səfirliyi vasitəsilə Rusiya XİN-in diqqətinə
çatdırıb.
-
Region12:44Avropa İttifaqı Ermənistana yardım edəcək – Türkiyəyə gedən yolları çəkmək üçün
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı
-
İqtisadi gündəm09:25Maaş və sosial ödənişlərdə artım olacaq? - 60 faiz…
-
Magazin206:16"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO
-
Səhiyyə05:15Bu məhsul mədəaltı vəzi xərçəngi riskini artırır
-
Magazin200:45Reklam üçün açıq-saçıq libaslarda pozalar verdi - FOTO/VİDEO















.jpg)



.png)

















