Nida Xəbər
“Müharibənin öz psixologiyası var və... - Akademik Milli Qəhrəmanın müdafiəsinə qalxdı
“Mübariz İbrahimov daxil olmaqla, bizim böyük qəhrəmanlıq göstərən gənclərə hücum nə psixoloji, nə sosioloji, nə də fəlsəfi mövqedən doğru deyil. Elə mühüm məsələlər var ki, insanın xarakterini, təbiətini, gördüyü işin mahiyyətini və əhəmiyyətini böyük məsələlər müəyyən edir”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında akademik Nizami Cəfərov özünü “psixoloq” kimi qələmə verən Nərmin Şahmarzadənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında söylədiyi aşağılayıcı fikirləri şərh edərkən deyib.
Professor əlavə edib ki, döyüşdə müharibə əhval ruhiyyəsi əsasdır. Onun sözlərinə görə, müharibədə baş verən hadisələrin öz məzmunu olur:
“Mübariz İbrahimov böyük qəhrəmanlıq edib. Müharibə ölüm-itim, mübarizə, düşmənə qarşı reaksiya, dirəniş deməkdir. Mübariz İbrahimov kimi gənclər qeyrətlə dediyim hisləri yaşayır, ölümə gedirlər. Bunu ancaq alqışlaya bilərik. Ölümünü gözü önünə alaraq düşmənə qarşı duran Azərbaycan balalarını, qəhrəmanlarını aşağılamaq heç bir halda qəbul edilən deyil”.

Nizami Cəfərov hesab edir ki, Mübariz İbrahimov kimi qəhrəmanların ölümünü göz önünə alaraq düşmən üzərinə getməsini, əslində psixologiya elmi araşdırmalıdır: “Araşdırsın görsün ki, bunun səbəbi nədir? Mən səbəbini deyim! Düşmən torpaqlarımızı işğal edib və geri çəkilmək istəmir. Biz, əlbəttə problemin sülh yolu ilə həllinə çalışırıq, itkilərin olmasını istəmirik. Bu, bizim dövlət siyasətimizə çevrilib. Lakin düşmən azğınlıq edəcəksə, biz Xocalı və digər faciələri yaşayaraq ruhumuzda suxurlaşdırmışıqsa, bu kimi hallarda təzahür etməlidir. Bu mənada Mübariz İbrahimovla bağlı deyilən neqativ fikirlər çox əhəmiyyətsizdir”.
Nizami Cəfərov xatırladıb ki, II Dünya Müharibəsində şücaət göstərən və böyük şöhrətə malik olan akademik Ziya Bünyadovun müharibə haqqında necə danışdığını heç vaxt unutmur:
“Ziya müəllim, müdrik, dərin və intellektual şəxsiyyət idi. O bilirdi ki, müharibə nədir və orada necə hərəkət etmək lazımdır. Yəni vətəni, torpağı, mənliyini qorumalısan. Bu elə hadisədir ki, burada vətəni uğrunda döyüşən əsgərin hərəkətləri təbii, insani və doğru hadisədir. O zaman belə hərəkətlərə mənfi qiymət verilərdi ki, əsgər qorxaq hərəkət etsin. Müharibənin öz psixologiyası var və bu psixologiyadan kənarda müharibə əsgərinin hərəkətlərinə qiymət vermək doğru deyil”.
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO









.jpg)
.jpg)



.jpg)








.jpg)












