Nida Xəbər
Oqtay Əsədov: "Gürcüstanın bayramı Azərbaycanın bayramıdır"
“Gürcüstanın bayramı Azərbaycanın bayramıdır”.
Publika.az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimində iştirak edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov deyib.
O, bildirib ki, Gürcüstan Azərbaycana qardaş ölkədir: “Gürcüstan və Azərbaycan strateji tərəfdaşlardır. Ölkələrimiz arasında sıx münasibətlər var. Gürcüstanı yeni prezident münasibətilə təbrik edirəm. Gürcü xalqına xoşbəxtlik və firavanlıq arzulayıram”.
O.Əsədov Gürcüstanın yeni dövlət başçısının andiçmə mərasimində iştirak etməyin onun üçün vacib olduğunu qeyd edib: “Biz Gürcüstanla həmrəyliyimizi ifadə edirik. Gürcüstanda ilk qadın prezident seçilib və bu, olduqca vacibdir. Burada olmağımızdan məmnunluq və fəxr hissi keçiririk”.
Parlament sədri Gürcüstanın Avropa İttifaqı ilə əlaqələri inkişaf etdirdiyini qeyd edib: “Ötən il Gürcüstan və Avropa İttifaqı arasında vizasız rejim qüvvəyə minib və hesab edirəm ki, bu, böyük nailiyyətdir”.
Qeyd edək ki, S.Zurabişvilinin andiçmə mərasimində O.Əsədovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Ramiz Həsənov, Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əflatun Amaşov və deputat Hikmət Babaoğlu daxildir.
Qeyd edək ki, bu gün Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi keçirilib. Telavi şəhərində II İrakli sarayında keçirilən tədbirdə Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili, baş nazir Mamuka Baxtadze, parlament sədri İrakli Kobaxidze, hökumət üzvləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edib.
Andimçə mərasiminə təxminən 55 ölkənin yüksək səviyyəli 150-yə qədər nümayəndəsi qatılıb.
Mərasimdən sonra Vaja Pşavela adına Telavi Dövlət Dram Teatrında S.Zurabişvilinin adından təntənəli qəbul təşkil olunub.
-
Səhiyyə21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
-
Sosial15:55Pensiya alanların nəzərinə
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı








.jpg)

























