Nida Xəbər
İcra hakimiyyəti vahid mərkəz yaratdı - Azərbaycanda İLK DƏFƏ
Yerli icra hakimiyyəti orqanlarında ilk dəfə olaraq Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən göstərilən xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradılıb.
Ryon icra hakimiyyətindən Publika.az-a verilən məlumata görə, Azərbaycan prezidentinin “Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər” kimi mötəbər tapşırığı vətəndaşların müraciətlərinə baxılması kimi həssas bir sahədə Gədəbəy RİH-in fəaliyyətinin əsas qayəsini təşkil edib.
Bildirilir ki, ilk növbədə vətəndaşların qəbuluna münasibət kökündən dəyişilib, onlar diqqətlə dinlənilib, müraciətlərin mahiyyəti üzrə əsaslı qərarlar qəbul edilib: “Hər bir müraciətə göstərilən həssas münasibət, açıqlıq, işgüzar mühit yerli dövlət hakimiyyəti orqanlarının vətəndaşlar üçün günün istənilən vaxtı açıq olması rayon icra halimiyyətini vətəndaşların etimad ünvanına çevirib, vətəndaş məmnunluğunu yüksəldib. Bu yöndə əsaslı və ciddi tədbirlərimizin davamı olaraq Gədəbəy RİH tərəfindən vətəndaşlara Mülkü və Ailə Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin, qanunların və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” nin tələblərinə uyğun olaraq 39 sahə üzrə göstərilən xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradılıb”.
Mərkəzdə RİH başçısı aparatında fəaliyyət göstərən hər şöbədən bir nəfər məsul işçi olmaqla cəmi 7 nəfərin daim orada xidmət göstərdiyi vurğulanıb: “Quraşdırılmış böyük monitorda xidmət sahələrinin adları, həmin sahələrə məsul şöbələr, tələb olunan sənədlərin nümunəsi, sənədin icra müddəti, qanunvericilik bazası yerləşdirilib. Burada xidmət sahələrinin hər biri telefon və kompüter dəsti ilə təchiz edilərək internetə çıxışı təmin edilib. Xidmət göstərən məsul işçilər quraşdırılmış böyük monitorda vətəndaşa izah vermək, sənəd nümunələrini göstərmək imkanına malikdirlər”.
Mərkəzdə vətəndaşın problemlərinin operativ həlli məqsədi ilə 4 rəqəmli nömrə -qaynar xətt yaradıldığı qeyd olunub. Bundan əlavə xidmətin səmərəliliyinin artırılması məqsədilə mərkəzdə könüllülər fəaliyyət göstərir.
Xidmətlərə aid olan məsələlər:
-sənədlərin qəbulu və verilməsi;
- memarlıq və tikinti məsələləri (13 xidmət) ;
- hüquq məsələləri (12 xidmət) ;
- sosial-iqtisadi məsələlər(6 xidmət) ;
- humanitar məsələlər;
- İƏD üzrə nümayəndəliklər və bələdiyyələrlə bağlı məsələlər(8 xidmət) ;
- yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi məsələləri ;
Mərkəzin məqsədi
-sənədlərin aşkarlıq şəraitində qəbul edilməsi;
-vaxt itkisinin qarşısının alınması;
-süründürməcilik və korrupsiya hallarının qarşısının alınması;
-vətəndaşın eyni vaxtda vahid məkanda RİH-nin bütün struktur bölmələri ilə ünsiyyətdə olmasını təmin edilməsi;
-işgüzar mühit, açıqlıq, həssas münasibət, yerli dövlət hakimiyyəti orqanlarının vətəndaşlar üçün günün istənilən vaxtı açıq olması;
-RİH-nin vətəndaşın etimad ünvanına cevrilməsi;
-vətəndaş məmunluğunun yüksəldilməsi;
Könüllülər tərəfindən göstərilən xidmətlər:
-sağlamlıq vəziyyətinə görə məhdud hərəkətli vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı onların öz ünvanlarında ilkin səndləşmə işlərinə köməklik göstərilir;
-müraciət edən vətəndaşların ərizə formalarının doldurulmasını həyata keçirir;
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
