Nida Xəbər
Zeynal Nağdəliyev: Yerli istehsal hesabına bəzi məhsulların xaricdən idxalı azalıb
Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı növbəti Dövlət Proqramında nəzərdə tutulan tədbirlər üzərində ciddi iş gedir.
Bunu Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev deyib.
Z.Nağdəliyev bildirib ki, proqramın icrası böyük məsələdir: “Burada hər bir maddə, hər bir tədbir üzərində ciddi iş görülür, hesablamalar aparılır, irəli sürülən təkliflərin mahiyyəti tam dolğun öyrənilir. Hər gün bu proqramın üzərində iş gedir”.
Prezidentin köməkçisi, həmçinin xaricdən idxal olunan məhsulların azaldılması məsələsinə də toxunub. Onun sözlərinə görə, xətt elə götürülüb ki, xaricdən alınan məhsulların çəkisi azalsın:
“Ona görə də ölkəmizdə aqroparkların, iri kənd təsərrüfatı müəssisələrinin yaradılması bu məqsədə xidmət edir. Xaricdən gələn məhsulların ümumi çəkisi yerli istehsal hesabına azaldılmalıdır. Bəzi məhsullar bu hal artıq nəzərə çarpacaq dərəcədə baş verib”.
Qeyd edək ki, 2019-cu il yanvarın 29-da Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. (trend)
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)