Nida Xəbər
"Diqlas"da" yanğından zərər çəkənlərin hesabına maddi yardım köçürüldü
Artıq 778 min manat məbləğındə maddi yardım "Diqlas" ticarət mərkəzindəki yanğında zərər çəkmiş 89 sahibkarın bank hesabına köçürülüb.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 4-dən Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmış sahibkarlara maddi yardımın göstərilməsi ilə bağlı sənədlərin qəbuluna başlanılıb.
İndiyədək 219 sahibkarın maddi yardımla bağlı ərizəsi qəbul edilib və İşçi Qrupu tərəfindən 161 sahibkara 1146 min manat ödənilməsi qərara alınıb.
Qeyd edək ki, ödənişlər “Kapital Bank” və “TuranBank” vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.
Zərər çəkmiş sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir.
-
Avropa09:37Polşadan Rusiyaya sərt xəbərdarlıq: "Təxribat olsa, ordumuzu göndərəcəyik!"
-
Maraq dünyası09:19Moskvanın rekordçu ailəsi: Evdə 15 uşaq böyüyür
-
Sağlamlıq08:48Qaraciyər üçün faydalı olan üç məhsul - Tərkibində nələr var?
-
ABŞ08:24“Qırmızı fənərlər məhəlləsi”ndə atışma - Ölən və yaralananlar var
-
Dəb07:4770-ci illərin saç düzümü dəbə qayıdır - Amerikalı müğənnilər kimi... / Foto
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:1653 yaşlı türk aktrisa necə formada qaldığının sirrini açıqladı - Foto
-
Sosial02:42Bakının bu ərazisində söküntüyə hazırlıq gedir: Kompensasiya veriləcək? - Video











.jpg)






















