Sosial
Bakının bu ərazisində söküntüyə hazırlıq gedir: Kompensasiya veriləcək? - Video
Bakı-Qars küçəsinin hər iki tərəfində yol kənarındakı obyektlərə bir neçə gün əvvəl nömrələr vurulub.
Publika.az xəbər verir ki, söhbət Binəqədi rayonu, 7-ci mikrorayonda, keçmiş Abay Kunanbayev küçəsində yerləşən qeyri-yaşayış sahələrindən gedir.
Obyektlərin nömrələnməsi ərazidə söküntünün aparılacağına dair suallar yaradıb.
Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, obyektlərin nömrələnməsi yol tikintisi layihəsinin ilkin mərhələsidir. Layihə yaşayış komplekslərindən birini Bakı-Qars küçəsi ilə birləşdirəcək avtomobil və piyada tunellərinin tikintisindən ibarətdir.
Agentliyin məlumatına görə, təsdiqlənən layihə əsasında yol üçün ayrılan zolağın sərhədləri müəyyənləşdirilir. Həmin zolağa düşən hər obyektə ayrıca inventar nömrəsi verilir. Növbəti mərhələdə obyektlərin daxili və xarici ölçüləri götürülür. Kadastr və qiymətləndirmə məlumatları həmin nömrə ilə obyektə bağlanır. Əmlakın alınması, kompensasiya və söküntü ilə bağlı məsələlər isə sonrakı mərhələlərdə rəsmiləşdirilir.
Daha ətraflı “Xəzər TV”nin videomaterialında:
-
Sosial02:42Bakının bu ərazisində söküntüyə hazırlıq gedir: Kompensasiya veriləcək? - Video
-
Magazin100:45Natiq Şirinov yeni doğulan nəvəsi ilə - Video
-
Qoroskop00:15Günün ulduz falı - Estetik zövq axtarışında olacaqsınız
-
Nəqliyyat00:00Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq - Video
-
İdman28 Noyabr 22:48Valdas Dambrauskas: “Qız Qalasının yanında stadion tikməliyik?”
-
Region28 Noyabr 22:00Gözəlliyi ilə gündəm olan Gülümün həyat hekayəsi üzə çıxdı - FOTO
-
Sosial28 Noyabr 21:36Bakıda stilist doğuşdan sonra vəfat etdi - VİDEO
-
Magazin228 Noyabr 20:24Fədayə Laçın Azərbaycana qayıdır









.jpg)





.jpg)

















