Nida Xəbər
FHN-in Akademiyasında Respublika Günü qeyd edildi - FOTO
Mayın 27-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 28 May - Respublika Günü münasibətilə bayram tədbiri keçirilib.
FHN-dən Publika.az-a bildiriblər ki, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Akademiyanın rəisi, general-mayor Baba Salayev iştirakçıları salamlayaraq, Respublika Günü münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizin parlaq səhifələrindən biridir. Bu tarixi gün ölkəmizdə böyük hörmət və ehtiramla qeyd edilir. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsi imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli-azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin davamı idi. Qarşısına müstəqil, azad və demokratik respublika olmaq kimi ülvi məqsəd qoymuş milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirib.
“1991-ci ilin oktyabrında Azərbaycan xalqı müstəqilliyini bərpa etdi. Həmin dövrdə hökm sürən anarxiya, xaos, mərkəzi hakimiyyətin zəifliyi Azərbaycan üçün müstəqilliyin itirilməsi təhlükəsi yaratmışdı. Lakin 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra respublikamız müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu və ölkəmiz qısa zamanda surətlə inkişaf etməyə başladı”, - deyən Akademiya rəisi vurğulayıb ki, Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyevin titanik fəaliyyəti nəticəsində Cənubi Qafqazda lider dövlətə çevrilən Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edir.
Tədbir bayram konserti ilə başa çatıb.
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub











.jpg)

.jpg)



















.jpg)



