Nida Xəbər
Nümayəndə heyətimiz NATO PA-nın yaz sessiyasında iştirak edəcək
Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputat Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak etmək üçün mayın 30-da Slovakiyanın paytaxtı Bratislavaya səfər edəcəklər.
Parlamentin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, əvvəlcə NATO PA-nın komitələrinin iclasları olacaq. Komitələrdə “NATO 70 il: Alyans dəyərlərinin yenidən təsdiqlənməsi”, “Sərhəd təhlükəsizliyi”, “Nüvə silahından çəkindirmənin yeni erası. Modernizasiya, silahlara nəzarət və müttəfiq nüvə qüvvələri”, “İqtisadi sanksiyalar xarici siyasət aləti kimi”, “Rəqəmsal bazara və kiber təhlükəsizliyə Şimali Amerika və Avropa yanaşması”, “Kiber dövrdə NATO: Təhlükəsizlik və müdafiənin gücləndirilməsi” və digər mövzularda məsələlər müzakirə ediləcək.
Sonra NATO Parlament Assambleyasının plenar iclası öz işinə başlayacaq. Tədbirdə qurumun sədri Madelayn Mun, NATO Baş katibinin müavini Ros Gottenmoeller çıxış edəcəklər. Toplantıda son dövrdə görülən işlər, növbəti il üçün fəaliyyət planı ilə bağlı fikir mübadiləsi aparılacaq, maliyyə sənədləri təqdim olunacaq.
Nümayəndə heyətimizin üzvləri tədbirlərdə müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcəklər.
Səfər iyunun 4-də başa çatacaq.
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO







.jpg)
























.jpg)

.jpg)