Nida Xəbər
Əlvida, Şirməmməd Hüseynov! - FOTO (YENİLƏNDİ)
Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov dəfn olunub.
Publika.az xəbər verir ki, mərhumun cənazəsi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
***
Bakı Dövlət Universitetində Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovla vida mərasimi başa çatıb.
Publika.az xəbər verir ki, mərasimə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezidentin köməkçisi Əli Həsənov, millət vəkili Fazil Mustafa, yazıçı Sabir Rüstəmxanlı, Nəriman Həsənzadə, DİM rəhbəri Məleykə Abbaszadə, ADU-nun rektoru Kamal Abdulla, yazıçı Anar, Fikrət Qoca, Ombudsman Elmira Süleymanova, Gənclər və İdman nazirinin I müavini Fərhad Hacıyev, BDU-nun rektoru Elçin Babayev, həmçinin müəllim və tələbə heyəti, Ş.Hüseynovun ailə üzvləri və dostları, media nümayəndələri qatılıb.
***
BDU-nun rektoru Elçin Babayev bildirib ki, bu gün böyük bir şəxsiyyətlə elm, təhsil fədaisi, milli jurnalistikanın əsas simalarından biri olan Şirməmməd müəllim Hüseynovla vidalaşırıq: "Şirməmməd müəllim milli mətbuatın əksi idi. Yüzlərlə jurnalistin ustadı idi. O, gənclərə xüsusi diqqət yetirirdi. Onun xarakterində xüsusi inadkarlıq var idi. Bu inadkarlıq onu yüksəklərə gətirib çıxara bilmişdi. Universitetdə hər zaman dövlətin, millətin, xalqın böyüklüyünü xüsusi diqqətlə təbliğ edirdi. O, Azərbaycan və azərbaycançılıq ideologiyasının tədqiqatçısı idi. Milli təəssübkeşlik, vətəndaşlıq dəyərlərini təbliğ edirdi. Tənqidilik, obyektivliyin davamlılığında, inkişafında böyük əmək sərf edib. Şirməmməd Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını öz məqalələrində, monoqrafiyalarında qürurla təbliğ edirdi. Dövlətimiz də onun əməyinə hər zaman yüksək qiymətləndirib. Şirməmməd müəllim 2005-ci ildən Prezident Təqaüdçüsü idi. 2014-cü ildə isə "Şöhrət" ordeninə layiq görülmüşdü. Şirməmməd müəllim, tədqiqatçı idi. Ona görə də onun xatirəsi hər kəsin ürəyində əbədi yaşayacaq".
***
Bakı Dövlət Universitetində Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüsenovla vida mərasimi keçirilir.
Publika.az xəbər verir ki, mərasimdə BDU-nun müəllim və tələbə heyəti, ziyalılar, Ş.Hüseynovun ailə üzvləri və dostları iştirak edir.
Vida mərasimində çıxış edən yazıçı Anar bildirib ki, Şirməmməd Hüseynov böyük alim, jurnalist idi: "Mənim gənclik dostum idi. Çox acıyıram ona".
Qeyd edək ki, vida mərasimi saat 13:00-dək davam edəcək. Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılacaq.
Xatırladaq ki, Ş.Hüseynov iyunun 24-də 95 yaşında vəfat edib.
Zümrüd,
Foto: Pərviz Həşimi
-
Magazin209:10Məşhur müğənni niyə yoxa çıxıb?
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp






.jpg)
























.jpg)



.jpg)

