Nida Xəbər
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başa çatdı - FOTO
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Böyük Britaniyada fəaliyyət göstərən Gənclər Arasında Ümumi Söz (ACWAY) beynəlxalq təşkilatı və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə işə başlayan “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin başa çatması ilə bağlı iyulun 21-də tədbir keçirilib.
Publika.az xəbər verir ki, BBMM-in icraçı direktoru Rəvan Həsənov tədbirdəki çıxışında Yay məktəbi barədə məlumat verib. Bildirib ki, BBMM yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr reallaşdırır. Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Qış və Yay məktəbləridir.
R.Həsənov deyib ki, Yay məktəbi Bakı şəhəri ilə yanaşı, bölgələrdə də fəaliyyət göstərib. İştirakçılar yerli əhali, dini icmalar və din xadimləri ilə görüşüb, tarixi abidələrlə tanış olublar.
Qeyd edilib ki, Yay və Qış məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 21, Azərbaycanın isə 39 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan Yay və Qış məktəblərinin məqsədi həmin gənclərin nəzəri biliklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.
Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov isə bildirib ki, multikulturalizm cəmiyyətdə mövcud olan etnik, dini, irqi, mədəni müxtəlifliklər arasında əlaqələrin tənzimlənməsində mühüm rol oynayır.
Bildirilib ki, Azərbaycan multikulturalizmi dövlət siyasətinin tərkib hissəsi elan edən çox az ölkələrdən biridir. Azərbaycan bu sahədə böyük uğur qazanıb. Azərbaycanda dini azadlıq tam təmin olunub. Ölkəmizin əhalisinin 90 faizindən çoxu müsəlman olsa da, burada müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar. Dövlət bütün dinlərə lazımi yardımlar, o cümlədən maliyyə yardımı göstərir.
Qeyd edilib ki, IX Beynəlxalq Multikulturalizm Yay Məktəbində 38 ölkənin - Azərbaycan, Madaqaskar, Mərakeş, ABŞ, Keniya, Çex Respublikası, Almaniya, Meksika, İngiltərə, Kanada, Hindistan, Avstriya, Yaponiya, Polşa, Rusiya, Efiopiya, Braziliya, Macarıstan, Türkiyə, Pakistan, Ruanda, Sudan, Myanma, Əlcəzair, Kamboca, Zambiya, Kamerun, Argentina, İndoneziya, İsveç, Estoniya, Portuqaliya, Xorvatiya, Qazaxıstan, Rumıniya, Ukrayna, İran və Avstraliya kimi ölkələrin aparıcı universitetlərindən 110 tələbə iştirak edib. Yay məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr təqdim edilib.
Digər çıxış edənlər bildiriblər ki, artıq ənənəyə çevrilmiş Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.
Tədbirdə Yay məktəbi iştirakçılarının Prezident İlham Əliyevə müraciəti oxunub.
Sonda Yay məktəbinin iştirakçılarına sertifikatlar təqdim edilib.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu









.jpg)

.jpg)

























.jpg)


