Nida Xəbər
Əli Əhmədov: İlham Əliyev son çıxışı ilə Ermənistanın...
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında “Qarabağ Azərbaycandır və nida!” adlı konfrans keçirilib.
Publika.az xəbər verir ki, konfransda Baş nazirin müavini, YAP-ın İcra katibi Əli Əhmədov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, millət vəkili Bəxtiyar Sadıqov, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev, YAP-ın Suraxanı və Abşeron Gənclər təşkilatlarının sədrləri, partiya üzvləri, millət vəkilləri və media nümayəndələri iştirak edib.
Konfransda giriş sözü ilə çıxış edən Əli Əhmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı və MDB dövlət başçılarının Aşqabadda keçirilən görüşündə çıxışı ilə Ermənistanın iç üzünü bir daha ifşa etdi: “Son çıxışı ilə Prezident İlham Əliyev Ermənistan hökumətinin və dövlətinin apardığı təhlükəli siyasəti üzə çıxardı. Bütün dünya birmənalı şəkildə faşizmə və faşist ideologiyasına qarşı olduğu halda, Ermənistan hökumətinin faşist ideologiyasına əsaslanan bir siyasət apardığını Prezident İlham Əliyev sübuta yetirdi. Belə ki, faşist siyasəti nəticəsində dünyada 10 milyonlarla insan həlak olub. Ermənistan faşizmə əsaslanan siyasət aparmaqla əslində bütün dünyaya xəyanət etmiş olur. Prezident İlham Əliyev bunu bir daha isbat etdi”.

Ə.Əhmədov “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatının Qarabağ münaqişəsi ilə əlaqədar məsələlərdə yeni bir yanaşmanı ortaya qoyduğunu deyib: “Qarabağ Azərbaycandır!” kəlməsinin əsas məna yükü ondan ibarətdir ki, Qarabağ Azərbaycan üçün olum-ölüm məsələsini ifadə edir. Prezident bu bəyanatla Azərbaycanın qətiyyətli mövqeyini bir daha ortaya qoydu”.
Ə.Əhmədov həmçinin qeyd edib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin bu bəyanatını birmənalı şəkildə dəstəkləyir: “Təəssüf ki, azsaylı müxalifət az qala Ermənistanın mövqeyini müdafiə edən bir yanaşma ortaya qoyur. Bu, onların milli sifətlərini tamamilə itirmələrindən xəbər verir”.
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO




































