Nida Xəbər
Müsavatın "mühacir alveri" ilə bağlı yeni FAKT - FOTO
Rәşad Mәmmәdov Almaniyada Müsavat üzvlәrindәn ibarәt "mühacir alveri" bandasının üzә çıxmasında çox böyük vә önәmli rol oynayıb. Bu haqda Koblenç mәhkәmәsi hәbs vә axtarışlarla bağlı sanksiya qәrarında göstәrir.
Bu haqda Avropada yaşayan Müsavatçı jurnalist Yafəz Əkrəmoğlu sosial şəbəkədə yazıb.
O bildirb: "Xüsusilә, Mәmmәdov dolğun vә inandırıcı, öz әksini tapan mәlumatlar vermişdi. Özünün dә ziyan görәcәyini nәzәrә alaraq. Qardaşı Arif Hacılı (Müsavat Partiyasının sədri - red) ilә birlikdә boğaza qәdәr "mühacir alveri"nә bulaşan, bu çirkin işlә qidalanan Mustafa Hacıbәyli vә әtrafının indi Rәşad Mәmmәdovun üzәrinә getmәsi normaldı. Axı, bunların çirkin işlәrinin üstünün açılmasında böyük rol oynayıb Rәşad".
Jurnalist Koblenç mәhkәmәsinin hәbs vә axtarışlarla bağlı sanksiya qәrarının Rəşad Məmmədovla bağlı olan hissəsini işarələyərək paylaşıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cnayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.
Məlum olub ki, həbs edilənlər Almaniyada "miqrant alveri" ilə məşğul olmaqda , o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında ən azı 20 nəfəri qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinir.
-
Qoroskop00:00Günün ulduz falı - Gizli düşmənlərə qarşı diqqətli olun
-
Magazin13 Fevral 23:00“Eşref Rüya”da şok ayrılıq - Foto
-
Magazin13 Fevral 22:36Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - Video
-
İdman3 Fevral 20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin13 Fevral 20:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial3 Fevral 19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil3 Fevral 19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 3 Fevral 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir




















.jpg)

.jpg)












