Nida Xəbər
Azərbaycan Rus İcmasının V qurultayı keçirildi - SƏDR SEÇİLDİ
Azərbaycan Rus İcmasının V qurultayı keçirilib.
Trend-in məlumatına görə, Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən qurultayda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, millət vəkilləri Arif Rəhimzadə, Əli Hüseynli, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov, Rusiya Prezidentinin Xarici Ölkələrlə Regionlararası və mədəni əlaqələr üzrə İdarəsinin rəis müavini Anton Rıbakov, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev, Azərbaycan və Bakı Yeparxiyasının arxiyepiskopu Vladıka Aleksandr və digərləri iştirak ediblər.
Azərbaycan Rus İcmasının sədri, deputat Mixail Zabelin qeyd edib ki, icmanın V qurultayı Azərbaycanda iqtisadi, sosial və siyasi stabillik şəraitində keçirilir.
M.ZabelinRusiya-Azərbaycan münasibətlərinə toxunaraq qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri bu münasibətlərin inkişafına böyük təkan verəcək: “Mehriban Əliyevanın Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Dostluq” mükafatına layiq görülməsi hər iki ölkə arasındakı yüksək dostluq və qarşılıqlı etimada sübutdur”.
Qurultayda İcmanın Respublika Şurasının yeni heyəti və rəhbərliyi seçilib. Eyni zamanda M.Zabelin yekdilliklə növbəti 5 il üçün icmanın sədri seçilib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)