Nida Xəbər
Rauf Abbasovla bağlı DSK-nın qərarı ləğv edildi
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 1 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri MSK katibi Arifə Muxtarova bildirib ki, 35 saylı Xətai seçki dairəsindən namizədliyi qeydə alınmayan Abbasov Rauf Çərkəz oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edib.
MSK katibinin sözlərinə görə, R.Abbasov müraciətində qeyd edib ki, Dairə seçki Komissiyası onun namizədliyinin qeydə alınmasından əsassız olaraq imtina edib: “Məsələni Mərkəzi Seçki Komissiyasının ekspert qrupu araşdırıb. Qərarda namizədliyin qeydə alınmasından imtina edilmənin səbəbləri göstərilməyib”.
Müzakirələrdən sonra Mərkəzi Seçki Komissiyası namizədin qeydə alınmasından imtina edilməsiylə bağlı DSK-nın qərarını ləğv edib.
MSK sədrinin müavini Rövzət Qasımov deyib ki, həmin seçki dairəsi xüsusi nəzarətə götürülsün: “Çünki ola bilər ki, həmin seçki dairəsi bizə gələcəkdə müəyyən problemlər yarada bilər”.
Qeyd edək ki, 35 saylı Xətai seçki dairəsindən Rauf Abbasov ad-soyadlı iki şəxs namizədliyini irəli sürüb. Rauf Abbasov Arifoğlu (Yeni Müsavat media qrupunun rəhbəri) və Rauf Abbasov Çərkəz oğlu. (report)
-
Avropa05:156,5 min il əvvəl bəzək əşyasına çevrilmiş insan dişi aşkarlandı
-
MDB04:44Krasnodara PUA hücumu - 2 uşaq həlak oldu, çox sayda yaralı var
-
Səhiyyə01:11Bu vitamin yüksək dozada qəbul etdildikdə mücüzə baş verir
-
Qoroskop00:00Günün ULDUZ FALI - Uğur qazanmaq şansınız yüksəkdir
-
Rəsmi xronika23 Avqust 23:55Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - VİDEO
-
Art23 Avqust 23:47Azərbaycanın Xalq artisti vəfat etdi - FOTO
-
Rəsmi xronika23 Avqust 23:36"Mirzə Uluqbəy adına məktəb dostluğumuzun və qardaşlığımızın rəmzidir" - VİDEO
-
Hadisə23 Avqust 22:12Bakıda yaşayış binasındakı yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ





















.jpg)











