Nida Xəbər
Parlament seçkilərinə qatılan namizəd qadınların sayı artıb
Əvvəlki seçkilərlə müqayisədə qadınların sonuncu parlament seçkilərində təmsil olunmasında 16,8 faiz artım müşahidə edilib.
Bunu secki-2020.az saytına açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
O bildirib: “Bu gün Azərbaycanda qadınlar cəmiyyət həyatının müxtəlif sahələrində uğurla təmsil olunurlar. Builki parlament seçkilərində namizədlər siyahısında qadınların sayı artıb. Dövlət siyasəti də cəmiyyətdə gender bərabərliyi prinsipinin təmin edilməsinə yönəlib”.
E.Səfərov söyləyib ki, son illər Azərbaycanda qadınların qərar qəbuletmə imkanlarının və vəzifələrdə təmsilçiliyinin artırılması, eləcə də siyasi, iqtisadi və sosial sahələrdə təmsilçilik balansının təmin edilməsi məqsədi ilə dövlət tərəfindən uğurlu siyasət aparılır: “Bu istiqamətdə müxtəlif qərarlar qəbul edilib. Hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə, 1998-2000-ci illərdə imzalanan sərəncam və fərmanlarla qadınların qərar qəbuletmədə təmsilçiliyinin artırılması üçün uğurlu addımlar atılıb. Biz artıq bu gün bunun müsbət nəticələrini görürük. Dövlətimizin də siyasəti balanslaşdırılmış təmsilçiliyin artırılması, cəmiyyətdə gender bərabərliyi prinsipinin təmin edilməsinə yönəlib. Gender bərabərliyi prinsipinin təmin edilməsi ölkənin siyasi, iqtisadi, sosial və mədəni inkişafına təsir göstərən vacib amillərdən biridir.
Dövlət Komitəsinin rəsmisi Azərbaycanda keçirilən sonuncu bələdiyyə seçkilərində seçilmiş qadın namizədlərin sayının artdığını vurğulayaraq deyib: “2004-cü ildə keçirilən bələdiyyə seçkilərində qadınlar 4 faiz təşkil edirdisə, 2019-cu ilin dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində Azərbaycan tarixində ilk dəfə olaraq çox böyük faiz dərəcəsi ilə artım müşahidə edilib. Belə ki, bələdiyyə seçkilərində qələbə qazananların 38,81 faizini qadınlar təşkil edib. Bununla da Azərbaycan bələdiyyə seçkilərində qadınların təmsilçilik faizinin yüksək göstəricisinə görə Avropa Şurasına üzv olan 5 ölkədən birinə çevrilib”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
