Nida Xəbər
Kamaləddin Qafarovun Rəsulzadə qəsəbə sakinləri ilə görüşləri davam edir - FOTO
9 saylı Binəqədi ikinci Seçki Dairəsindən VI çağırış Milli Məclisə deputatlığa namizəd Kamaləddin Qafarovun rayon seçiciləri ilə görüşləri davam edir. K.Qafarov fevralın 5-də Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının iclas salonunda M.Ə.Rəsulzadə qəsəbəsinin Xutor yaşayış sahəsinin nümayəndələri ilə görüşüb.
Kamaləddin Qafarov görüş iştirakçılarına son dövrdə ölkəmizdə baş verən mühüm ictimai-siyasi proseslər haqqında geniş məlumat verib. O, bu il fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda söylədiyi dərin məzmunlu çıxışını perspektiv proqram sənədi kimi dəyərləndirib.
Sakinlər yaşadıqları ərazinin problemləri ilə bağlı təklif və rəylərini bildirmiş, K.Qafarovla ətraflı fikir mübadiləsi ediblər. Deputatlığa namizəd çatışmazlıqların aradan qaldırılması üçün müvafiq strukturlar qarşısında məsələ qaldıracağına və onların həllinə nail olacağına ümid etdiyini bildirib.
Görüşdə çıxış edən sakinlər dövlətimizin müxtəlif sahələrdə həyata keçirdiyi islahatları ürəkdən dəstəklədiklərini bəyan edib və fevralın 9-da seçki məntəqələrinə gedərək ən layiqli namizədə səs verəcəklərini bildiriblər.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)