Nida Xəbər
Azərbaycan vətəndaşları bu cinayət məsuliyyətindən azad edilir
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat vermədiyinə görə, cinayət məsuliyyətindən azad edilir.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna təklif edilən dəyişiklikdə deyilir.
Dəyişikliyə əsasən, 10-cu maddəsinin ikinci hissəsinin ikinci cümləsi çıxarılması təklif edilir. Qanunun 10-cu maddəsinin ikinci hissəsində qeyd olunur:
“Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.
Qanunun 10-cu maddəsinin ikinci hissəsindən ikinci cümlə çıxarıldıqdan sonra xarici dövlətin vətəndaşlığını qəbul etmiş vətəndaşların bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat vermək öhdəliyi qalsa da, cinayət məsuliyyətindən azad ediləcək.
Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilib. (trend)
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular












.jpg)























.jpg)

.jpg)