Nida Xəbər
Deputatlar arasında işğal atışması: Hüseynli Rüstəmxanlıya etiraz etdi
"Jurnalistlər sual etdilər ki, İran-Azərbaycan arasında saziş bağlanıb və müəyyən işlər görülür. Azərbaycan buna hansı şərtlərlə qoşulub və s. Təbii ki, mən izah edirəm ki, hələ SSRİ zamanı bu layihə olub. Mən izah etməyə çalışıram, amma hesab edirəm ki, bu məsələyə aydınlıq gətirilməlidir. Əlbəttə, Azərbaycan heç vaxt bu layihədə işğal edilən torpaqlarınızdakı ermənilərin iştirakına razı ola bilməz. Bu mümkün də deyil".
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Sabir Rüstəmxanlı səsləndirib.
Deputat qeyd edib ki, uzun illər parlamentdə təmsil olunub: “Burada davamlı olaraq iqtidar-mxalifət söhbətləri var və bundan sonra da olacaq. Xüsusilə, gənc deputatlar, hansılar ki, o hadisələrin şahidi olmayıb və səthi danışırlar. Qeyd edim ki, Xocalı soyqrımı ilə bağlı Ayaz Mütəllibov müsahibə vermişdi, sonradan digər jurnalistlər də bunu yazdı və nəticədə, uzun illər bu ermənilərin əlinə oynadı. İndi Şuşanın da guya özümüz verdiyimiz haqda fikir deyilir. Qarda, belə olmaz axı. Bura ciddi yerdir. Sən istəyirsən o vaxtkı iqtidarı, indiki müxalifəti tənqid elə. Amma minlərlə şəhid vermişik, ermənilər güclü dövlətin dəstəyi ilə torpaqlarımızı işğal edib. Millət qəhramanlıq edib, amma gücümüz çatmayıb. Erməniləri təmizə çıxarmaq olmaz”.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə Sabir Rüstəmxanlı ilə razılaşmayıb: “Hörmətli Sabir bəy, burada səthi yanaşma olsa da, heç kim Şuşanın ermənilər tərəfindən deyil, bizim bunu etdiyimizi demir. Şuşanın işğalına hüquqi qiymət verilib və bununla bağlı Ali Məhkəmədə proses olub. Şuşanın işğalına şərait yaradan məsələlərə də qiymət verilib. O zaman hakimiyyətdə olan və hakimiyyətə iddialı olan qüvvələr arasında yaranan şərait nəzərə alınmalıdır. Əlbəttə Şuşa ermənilər tərəfindən işğal edilib, amma həmin ərəfədə olan situasiyaya hər zaman qiymət veriləcək”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)