Nida Xəbər
Müsavat Milli Şuranın üzr istəməsini gözləyir, əks təqdirdə... - QALMAQAL
Müsavat Partiyası Milli Şura rəhbərliyinin onlayn konfransda deyilənlərə bağlı üzr istəməsini gözləyir.
Bu barədə Publika.az-a açıqlamasında Müsavat Divanının üzvü, partiyanın mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli deyib.
M.Hacıbəyli bildirib ki, Milli Şuraya üzr istəməsi üçün vaxt tanıyırlar.

“Bu məsələ ilə bağlı başqanın açıqlaması olub. Deyiləcək yeni bir söz yoxdur. Üzr istəmələri üçün vaxt tanıyırıq. Sonra münasibət bildirəcəyik”, - o bildirib.
Qeyd edək ki, Milli Şuranın onlayn konfransında Müsavat Partiyası haqqında “yaramazlar” ifadəsi işlənib.
Gültəkin Hacıbəyli bildirib ki, bəziləri tənqidçilik ruhunu itirməmək üçün vaxtaşırı olaraq bizim üzərimizdə sınaqlar aparırlar.

O, bunlardan birinin də Müsavat Partiyası olduğunu deyib: “Ölkədə yaşanan bu cür dəhşətlərdən heç nə yazmırlar. Amma kütləvi şəkildə Eldəniz bəy məsələsinə görə bizim üstümüzə hücuma keçiblər. Mustafa Hacılı bu gün sərsəm bir yazı yazıb. Bildirir ki, Əli Kərimlinin internet məsələsini ona görə diqqətə gətirirlər ki, Tofiq Yaqublunun həbsi arxa plana keçsin. Guya Müsavat Tofiq Yaqublunu bu qədər çox sevir. Bu, riyakarlıqdan başqa bir şey deyil. Məqsəd sadəcə Əli bəyi gözdən salmaqdır. Bu gün onun yubileyidir. 55 yaşı tamam olur. Bu yaramazlar da onun üzləşdiyi təqiblərə heç bir dəstək vermirlər. İndi guya Tofiq bəyin hüquqlarının müdafiəçisi olublar. Çox biabırçı yanaşmadır. Hesab edirəm ki, REAL-ın aqibəti aşağı-yuxarı Müsavat Partiyasını da gözləyir”.
Cəmil Həsənli isə bildirib ki, “REAL nəyisə əldə edib o vəziyyətə düşüb. Bu bədbəxtlər heç nə etməyib o vəziyyətə düşüblər”.
G.Hacıbəyli isə Milli Şura sədrinə mühacir məsələsiylə bağlı xatırlatma edib: “Bunlar da mühacir alverindən nəsə etmişdilər. Gəlin küçümsəməyək. Bunların da Avropada əldə etdikləri çox idi”.

Bundan sonra Müsavat funksionerləri Milli Şuraya sərt reaksiya göstərib.
Müsavat başqanı Arif Hacılı bildirib ki, Milli Şura üzr istəməsə, açıqlamaları başqa cür olacaq.
Asif
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular

















.jpg)

















.jpg)

.jpg)