Nida Xəbər
General Milli Məclisdə HESABAT VERDİ
Milli Məclis İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatını müzakirəyə çıxarıb.
Publika.az xəbər verir ki, hesabatı daxili işlər nazirinin birinci müavini, general-mayor Seyfulla Əzimov təqdim edib.
Hesabatda qeyd edilib ki, insan alveri cinayətlərinə qarşı mübarizənin səmərəli aparılmasını, qurbanların hüquqlarının müdafiəsi imkanlarının genişləndirilməsini təmin edən mükəmməl qanunvericilik bazası formalaşıb.
İnsan alveri cinayətindən zərər çəkmiş şəxslərə ödənilən müavinətin məbləği 400 manatdan 700 manatadək artırılıb. Ötən il ərzində insan alverinə qarşı mübarizə sahəsində geniş maarifləndirmə işi aparılıb. Respublikanın 55 şəhər və rayonunda, orta ixtisas və ali təhsil müəssisələrində insan alverinə və məcburi əməyə qarşı mübarizəyə dair seminarlar keçirilib. Bununla bağlı Bakı şəhərində geniş ictimaiyyət üçün nəzərdə tutulmuş təşviqat xarakterli videolar, təbliğat materialları paylanılıb, televiziya və radioda, videoportallarda verilişlər yayımlanıb.
Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində görülən tədbirlər çərçivəsində övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən 180 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb. 2019-cu ildə insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsi sahəsində məqsədyönlü iş aparılıb. Həyata keçirilən tədbirlər nəticəsində 186 insan alveri, o cümlədən 4 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 36 cinayət qeydə alınıb, 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilib. Müəyyən edilmiş 91 insan alveri qurbanından 89-u Azərbaycan vətəndaşıdır, 2-i əcnəbidir. Zərərçəkənlərə tibbi, psixoloji, hüquqi yardımlar göstərilib.
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahir Oruc deputatları hesabatı dəstəkləməyə dəvət edib.
-
Sosial13:58Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
-
MDB13:51Rusiya Kiyevi “Xəncər”lə vura bilər: Bütün diqqət bu tarixə yönəldi
-
Sosial13:47Kaya Kallas Azərbaycandadır
-
Dünya12:21Makron İrəvanda mahnı oxudu, Paşinyan baraban çaldı - VİDEO
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi






























.png)


.jpg)




