Nida Xəbər
Komitə sədri icmalar və dini qurumların rəhbərləri ilə videomüzakirə aparıb
Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü əsasında Azərbaycanda fəaliyyət göstərən müxtəlif icmaların və dini qurumların rəhbərləri ilə "Müxtəlif olsaq da – Birlikdə güclüyük!" mövzusunda videokonfrans təşkil edilib.
Komitədən Publika.az-a bildirilib ki, virtual tədbirdə Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsi sədrinin xarici məsələlər üzrə müavini Rəşad Əliyarlı, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturasının ordinarisi Yepiskopu Vladimir Fekete, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Yakovleviç Şarovski, Avropa Yəhudiləri Bakı Dini İcmasının baş ravvini Sneor Seqal, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Rus İcması sədrinin müavini Lavrina Vitalyevna, Azərbaycanın Ukrayna Konqresinin sədri Yuriy Osadçenko, TİKA Azərbaycanın sədri Teoman Tiryaki, Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev, Azərbaycanın Gürcü İcmasının sədri Rafael Qvaladze, Azərbaycanda yaşayan Axıska Türkləri “Vətən” İctimai Birliyinin sədri İsmayıl Rəhimov, Tatarıstan İctimai Birliyinin sədr müavini Emin Ramazanov, Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Popal Mohammad, “Indian Assosieyşn Azerbaycan” ictimai birliyinin sədri Jacob Metyu, “Indian Assosieyşn Azerbaycan” ictimai birliyinin katibi Mohd Aqueel, Pakistan Diasporunun nümayəndəsi Ahmed Ali Şah, "Poloniya – Azərbaycan Polşa İcması” İctimai Birliyinin sədri Olqa Yujanina, İctimai Birliyin sədr müavini Telman Şamiloviç, Rumınya Diasporunun nümayəndəsi Iosefina Blazsani-Batto, “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət İctimai Birliyinin rəhbəri Azər Əliyev, Dünya Axısqa Türkləri Birliyinin Azərbaycan təmsilçisi Məmməd Şamilov iştirak ediblər.
Konfransda ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə, hal-hazırda yerli xalqların nümayəndələrinə və millətlərə münasibətdən danışılıb, Azərbaycanda multikultural dəyərlərə önəm verildiyi, etnik azlıqlara qarşılıqlı hörmətin və dini tolerantlıq mühitinin hökm sürdüyü vurğulanıb.
Qeyd olunub ki, müxtəlif xalqların sülh və sabitlik şəraitində yaşaması baxımından ölkəmiz nümunəyə çevrilib.
Videokonfransda müxtəlif dillərdə danışmağa imkan yaradılması da müsbət qiymətləndirilib, yerli və dini icmaların fəaliyyətinin əlaqələndirilməsinin diqqətdə saxlanılmasının əhəmiyyəti qeyd olunub.
İştirakçılar dövlətçilik tariximizə nəzər salıb, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, müasir Azərbaycanın inkişafı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar barədə fikirlərini bölüşüblər.
Sonda tədbir iştirakçıları vətəndaş cəmiyyətinin azad və demokratik şəraitdə fəaliyyət göstərməsinə görə Azərbaycan dövlətinə və onun rəhbərliyinə, eləcə də bu siyasətin həyata keçirilməsində iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə minnətdarlıqlarını ifadə ediblər.
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO