Nida Xəbər
Çingiz Əsgərov: AİHM-in qərarı Azərbaycanın üzərinə heç bir öhdəlik qoymur
“Bu qərar demək olar ki, obyektiv bir qərardır. Avropa İnsan Hüquqları Məhkəməsi öz presedent hüququna əsaslanan qərar qəbul edib və qərarla Azərbaycanın üzərinə heç bir öhdəlik qoyulmayıb”
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının “Hədəf” verilişində Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) salahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib. O, bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin 26 may tarixli “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarının belə olacağı təxmin edilirdi: “Biz qərarları təhlil edəndə bilirdik ki, hansı nəticəyə gəlinə bilər. Məsələ burasındadır ki, ermənilər Məhkəmənin bu qərarını və qərarın nəticələrini təhrif etməyə çalışır. Ermənilər sübut etməyə çalışırlar ki, Ramil Səfərovun əməlinin arxasında Azərbaycan dövləti dayanır, buna görə Azərbaycan beynəlxalq hüquqi məsuliyyət daşıyır. Avropa İnsan Hüquqları Məhkəməsi isə birmənalı olaraq deyib ki, Azərbaycan Hökuməti Ramil Səfərovun əməlinə görə beynəlxalq hüquqi məsuliyyət daşıya bilməz. Bu, Məhkəmənin gəldiyi nəticədir. Ona görə, ermənilərin nəticəni təhrif etməsi təəccüb doğurur”.
Təzminat məsələsinə gəldikdə isə Ç.Əsgərov deyib ki, ilk növbədə Məhkəmənin qərarında birmənalı olaraq deyilib ki, Azərbaycan dövləti qərarın icrası üçün heç bir fərdi tədbirlər həyata keçirməməlidir. Yəni bu qərarla Azərbaycanın üzərinə heç bir öhdəlik qoyulmayıb. Təzminat məsələsinə gəldikdə isə qərarda göstərilən yalnız məhkəmə xərcləridir, ərizəçilərə hüquqi yardım göstərmiş vəkillərə pul ödənilməsidir. Bundan başqa maddi və mənəvi zərərə görə kompensasiya müəyyən edilməyib”.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu









.jpg)

.jpg)

























.jpg)


