Nida Xəbər
Azərbaycanda turizm mövsümünün yenidən açılacağı vaxt bilindi - RƏSMİ
“Biz ölkəyə kütləvi turist axını gözləmirik. İnsanların kənd turizmi və digər bu kimi seçimlər etməsini gözləyirik”.
Publika.az xəbər verir ki, bunu ATV-nin efirində Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib.
Onun sözlərinə görə, ölkədə elan edilən xüsusi karantin rejimi bitdiyi günün sabahı Azərbaycanda yeni turizm mövsümü açıq elan ediləcək: “Amma dövlət insanlara xidmət göstərən turizm obyektlərində qiymətlərin formalaşmasına müdaxilə etmir. Biz tövsiyə vermişik ki, qiymətlər baha olmasın. Hazırda koronavirusla bağlı dünyada böhran var. Təbii ki, əhalinin gəlirləri azalıb. Bunu nəzərə alaraq, tələbat yüksək olacaq. Amma tələbatın arxasında büdcə də durmalıdır”.
“Bu təklif-tələb məsələlərini bazar iqtisadiyyatı özü tənzimləyəcək ki, hər kəs öz büdcəsinə uyğun olaraq səyahətini təmin edə bilsin.
Bir çox hotellər endirim kampaniyalarına başlayıb, təkliflərini təqdim edirlər”, - o qeyd edib. (oxu.az)
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
































.jpg)
.jpg)

