Nida Xəbər
Qənirə Paşayeva Ramil Səfərovun qonağı oldu - FOTO
Milli Məclisin deputatı Qənirə Paşayeva polkovnik-leytenant Ramil Səfərovun evinə gedib.
Publika.az xəbər verir ki, millət vəkili ziyarəti ilə bağlı fikirlərini sosial media hesabında paylaşıb: “Dəyərli qardaşımız Macarıstanda məhkəmə qarşısında dayananda "əgər üzr istəsən, daha yüngül cəza alacaqsan, əks halda cəzan çox ağır olacaq!" dediklərində belə son sözündə məhkəməyə üz tutaraq "mən sizdən mərhəmət deyil, ədalət istəyirəm!" deyib, çıxışında ermənilərin işğalçı zehniyyətini və işğalçıların bağışlanmaz hərəkətlərini faktlarla sadalayan mərd zabitimiz Ramil Səfərovun ailəsini ziyarət etdik, geniş fikir mübadiləsi apardıq. "Yüz minlərlə soydaşın, həmvətənin yanındadır!" dedik.
Avropa İnsan Haqları Məhkəməsinin qərarını başqa cür şərh etmək istəyənlərə isə demək istəyirəm ki, bu, işğalçı Ermənistanın uğuru yox, tam tərsinə, böyük uğursuzluğu oldu. Çünki Ramillə və Azərbaycan dövləti ilə bağlı qaldırılmış böhtan dolu, əsassız iddiaları qitə məhkəməsi qəbul etmədi; bununla da ermənilərin bununla bağlı bütün çirkin niyyətləri puç oldu...”.
Zümrüd
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular

















.jpg)
















.jpg)

.jpg)