Nida Xəbər
Azərbaycanla İran arasında logistika mərkəzi yaradılır
Azərbaycan Respublikası ilə İranın Ərdəbil vilayətinin (Cənubi Azərbaycan) mərkəzində müştərək sənaye şəhərciyi ilə yanaşı logistika mərkəzi də yaradaılacaq.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sözügedən mövzu ilə bağlı Ərdəbil vilayəti İdarəetmə və Planlaşdırma Təşkilatının rəhbəri Davud Şayeqan açıqlama verib:
“Ərdəbil-Parsabad (Muğanşəhr) dəmir yolu xəttinin çəkilişi Azərbaycan tərəfi ilə müzakirə edilib. Bu dəmir yolu xətti İranın Parsabad əyaləti ilə Ərdəbili birləşdirməklə yanaşı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan dəmir yoluna birləşdiriləcək. Sənaye şəhərciyində istehsal olunan mallar də bu beynəlxalq dəmir yolu ilə Azərbaycan üzərindən xaricə ixrac ediləcək. Logistika mərkəzi isə İranın digər bölgələrindən və Azərbaycan Respublikasından ixrac olunan yüklərin təyinatı üzrə yönəldilməsinə imkan verəcək”.
Qeyd edək ki, 2019-cu ilin dekabrında Azərbaycan baş nazirinin müavini, İran və Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfər etmişdi. Səfər çərçivəsində İranın iqtisadiyyat və maliyyə işləri naziri Fərhad Dejpəsəndlə görüşdə birgə sənaye şəhərciyinin yaradılması haqqında razılıq əldə olunub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
