Nida Xəbər
Bundan sonrakı uğurlarımız sosial məsuliyyətimizdən asılı olacaq - RƏY
“Koronavirus pandemiyası bütün dünyada dövlətlərin idarəetmə və xidmət göstərmə bacarığını bir növ test etmiş oldu”.
Bunu Publika.az-a açıqlamasında Prezident İlham Əliyevin modul tipli xəstəxanaların açılışındakı nitqini təhlil edən Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, koronavirus sosial-iqtisadi sferadan başlamış səhiyyəyə qədər bütün sahələrdə mövcud problemləri bir qədər də dərinləşdirdi: “Operativ və effektiv tədbirlər görə bilməyən, yaxud görmək imkanları olmayan ölkələrdə koronavirus sözün tam mənasında bir fəlakətə çevrildi. Təəssüf ki, bu proses hələ də davam edir. Bu müqayisədə Azərbaycan təcrübəsinə baxdıqda onun ən nümunəvi təcrübələrdən biri olduğu ortaya çıxır. COVID-19 infeksiyası başlayandan bu yana ölkəmizdə koronavirusa qarşı mümkün bütün tədbirlər vaxtında həyata keçirilməyə başlandı. Dövlətin və cəmiyyətin bütün resursları bu istiqamətdə səfərbər edildi. Pandemiyaya qarşı mübarizənin effektli aparılması üsullarına diqqət yetirsək, burada üç mühüm istiqamətə diqqət etməyimiz lazımdır. Bunlardan birincisi dövlətin, ikincisi cəmiyyətin davranışları və üçüncüsü alınan tədbirlərin doğruluq payının dərəcəsidir. Azərbaycanda hər üç istiqamət üzrə işlər düzgün təşkil edildi. Prezident İlham Əliyev iyunun 9-da daha üç modul tipli xəstəxananın açılışı zamanı etdiyi çıxışda da bu məqamlara toxundu.
Hər şeydən öncə qeyd etmək lazımdır ki, yeni açılan xəstəxanalar COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb etməklə ölkəmizin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatını yaratdı. Bununla da ağır xəstələr üçün çarpayı sayı təqribən 7 minə çatdırıldı. Başqa bir məsələ xəstəxanaların quraşdırılmasında özəl sektorun fəaliyyətinin artmasıdır ki, bu da mühüm hadisədir. Azərbaycanda quraşdırılan 10 bu tipli xəstəxananın 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Beləliklə, dövlətin üzərindən yük bir qədər qalxacaq.
Ən mühüm məsələlərdən biri isə koronavirusa qarşı mübarizədə xalqın öz dövlətinin yanında olmasıdır ki, bu məsələni də Azərbaycan Prezidenti xüsusi vurğulayaraq qeyd etdi. Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrıldı. Ancaq bu prosesə vətəndaşlarımız və sahibkarlarımız da fəal qoşularaq, fonda 100 milyon manatdan çox vəsait köçürdülər. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Doğrudan da bu hadisə vətəndaş-dövlət həmrəyliyinin ümümi maraqlar naminə səfərbər ola bilməsinin ən gözəl nümunələrindən biridir. Eyni zamanda, ilk növbədə Heydər Əliyev Fondu və digər ictimai təşkilatlar bu dövrdə maddi vəziyyəti aşağı olan insanlara humanitar yardım göstərdilər və bu proses indi də davam edir”.
H.Babaoğlu vurğulayıb ki, əldə etdiyimiz uğurlar müqayisəli təhlil apararkən daha qabarıq ortaya çıxır:
“Prezident İlham Əliyev öz nitqində bu məsələyə də toxunaraq bildirdi ki, dünyada hər şey müqayisə ilə ölçülür. Məsələn, bu günə qədər Azərbaycanda koronavirusa yoluxanların sayı 8 minə qədərdir. 350 mindən çox test keçirilib və adambaşına testlərin sayına görə biz qabaqcıl yerlərdəyik. Ancaq qonşu Ermənistanda yoluxanların sayı 13 mini ötüb və testlərin sayı bizdəkindən 5-6 dəfə azdır. Nəzərə alsaq ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə azdır, mənzərə tam aydındır. Yaxud bəzi inkişaf etmiş ölkələr var ki, orada ölənlərin sayı bizdə yoluxanların sayından çoxdur. O inkişaf etmiş ölkələr ki, orada səhiyyə sistemi həmişə etalon və nümunə hesab edilib. Ancaq şübhəsiz ki, arxayınlıq hissinə qapılmaq əsla olmaz. Unutmaq olmaz ki, bundan sonrakı uğurlarımız sosial məsuliyyətimizdən asılı olacaq”.
Məhərrəm
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi