Nida Xəbər
Azərbaycanın bu rayonu koronavirusa qalib gəlib – RƏSMİ AÇIQLAMA
Koronavirus (COVID-19) pandemiyasının Azərbaycan ərazisində yayılması və onun təsirləri istər paytaxtda, istərsə də regionlarda hiss olunmaqdadır. Bununla belə, ölkəmizdə virusun təsirlərinin aradan qalxdığı rayonlar da az deyil.
Publika.az xəbər verir ki, Qazet.az-a danışan Zərdab Rayonu İcra Hakimiyyətinin (RİH) mətbuat xidmətinin rəhbəri Vasif Məmmədov bildirib ki, hazırda rayonda heç bir yoluxma halı yoxdur.
“Zərdabda vəziyyət digər rayonlara nisbətən yaxşıdır. Profilaktik tədbirlər həyata keçirilir. RİH və Polis şöbəsi tərəfindən mobil qruplar yaradılıb və bu qrupların nəzarəti ilə bütün lazımi tədbirlər görülüb”.
Vasif Məmmədov həmçinin rayon sakinlərindən 3 nəfərin koronavirusa yoluxduğunu və onlardan birinin dünyasını dəyişdiyini qeyd edib.
“İndiyə qədər 3 yoluxma hadisəsi qeydə alınıb. Bu şəxslərdən biri artıq müalicə olunub. Digər iki şəxslərdən biri şəhər və digəri Aşağıseyidlər kəndinin sakini idi. Aşağıseyidlər kəndinin sakini olan yaşlı qadın koronavirusdan dünyasını dəyişib. Lakin hal-hazırda heç bir yoluxma yoxdur”, – deyə İcra Hakimiyyətinin rəsmisi vurğulayıb.
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ











.webp)








.jpg)














